s

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən, Daşkəsən rayonunun respublika əhəmiyyətli Gəncə-Daşkəsən avtomobil yolunun 27-ci km-dən ayrılan Çovdar-Çaykənd avtomobil yolunun 9.7 km-lik hissəsində əsaslı təmir işləri icra olunur. 

“Yol-xeber.az” xəbər verir ki,  Əsaslı təmir işləri Çovdar-Çaykənd avtomobil yolunun 1-ci km-lik hissəsində, həmçinin 5-ci km-dən 15-ci km-dək olan hissəsində aparılır. Sözügedən hissələrdə köhnə, yararsız asfalt örtüklü yol vətəndaşların rahat gediş-gəlişində çətinliklər yaradırdı.Hazırda yolun IV texniki dərəcəyə uyğun təkmilləşdirilməsi ilə bu problem geridə qalır.   

Tikinti layihəsinə uyğun hazırda yolboyu torpaq işləriyol yatağı və yol əsasının inşası, zəruri yerlərdə müxtəlif diametrlərə malik suötürücü boruların quraşdırılması işləri aparılır. 

Layihə üzrə torpaq yatağının genişləndirməsi üçün qaya tipli süxurların mexanizmlə kəsilməsi işləri yerinə yetirilir. 

Layihənin icrası “İnşaat Norma və Qaydaları”na uyğun, texnoloji ardıcıllığa riayət olunmaqla yerinə yetirilir. Tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda işçi qüvvəsi və texnika cəlb olunub.

Texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə aparılan tikinti işlərinin sonuncu mərhələsində yol nişanları və məlumatverici lövhələrin, siqnal dirəklərinin quraşdırılması, yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri icra olunacaq. 

Avtomobil yolunun tikintisi ilə vətəndaşların gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşınması asanlaşacaq. 

YOLUNUZ AÇIQ OLSUN...

s

Xəbər lenti