Paşinyan iqtidarda olsa da, onun hakimiyyəti hələ legitimləşməyib.

Bunun üçün Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi labüddür.

Bu sözləri Axar.az-a açıqlamasında ekspert Natiq Cəfərli deyib. O bildirib ki, Ermənistan parlamentində çoxluq hələ də eks-prezident Serj Sərkisyanın partiyasına məxsusdur:

“Paşinyanın partiyası Ermənistan parlamentində cəmi yeddi deputatla təmsil olunur. Nikol parlamentdə çoxluq qazanıb, yeni hökumət formalaşdırmalıdır. Ancaq Paşinyan qorxur ki, o, istefaya getsə, parlament yenidən özünü buraxma ilə bağlı qərar verməyə bilər. Yəni parlament çoxluğuna malik olan Sərkisyanın partiyası seçkilərə getməkdən imtina edib, yeni bir baş nazir seçməklə Paşinyanın küçədən hakimiyyətə gəlməsinin sonunu gətirə bilər. Ona görə də Paşinyan hökumətin erkən seçkinin sonuna qədər hakimiyyətdə qalmasını istəyir. Hələlik bununla bağlı konstitusiyaya dəyişiklik edilib-edilməyəcəyi şübhə altındadır”.

Ekspert qeyd edib ki, Ermənistanda hökm sürən bu qeyri-müəyyənlik uzun müddət davam edə bilməz, ona görə də növbədənkənar parlament seçkiləri keçiriləcək:

“Paşinyan və tərəfdarları qalib gəlsə, Qarabağ klanının 20 illik hakimiyyətinin sonu gələcək. İş orasındadır ki, Köçəryan və Sərkisyan Ermənistanı uzun illər birgə idarə ediblər, dövlət və hökumət strukturlarında onlara sadiq qalan insanlar revanş götürmək istəyirlər. Əgər Ermənistanda şəffaf seçki seçkilər keçirilsə, Sərkisyan və Köçəryanın birgə komandası əhalinin səsini qazana bilməyəcək. Hər halda bu, Paşinyanın iddiasıdır və sual altındadır”.

13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu
12 May 2025 Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO
12 May 2025 Hindistan Ermənistana növbəti partiya “Akash” göndərir
12 May 2025 PKK özünü ləğv edib
12 May 2025 ABŞ dövlət katibi Türkiyəyə niyə gedir?
12 May 2025 Türkiyədən Putinin təklifinə reaksiya...
12 May 2025 Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb
10 May 2025 Britaniya səfiri ümummilli lider Heydər Əliyevi anıb
10 May 2025 Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
10 May 2025 ABŞ Rusiya və Çini birləşdirir: Trampdan ümudi kəsilən Kreml yenə Pekinə sığınır
09 May 2025 Putinin qonaqlığı: Liderlərə nə təqdim etdi - MENYU
09 May 2025 Zelenski şərtlərini açıqladı: İstənilən formatda danışıqlara hazırıq
09 May 2025 Trampın yeni "Ukrayna planı" Kremldə şok effekti yaradıb: Türkiyənin müdaxiləsi Rusiyanın təklənməsinə yol açacaq

Xəbər lenti