Almaniyada yaşayan azərbaycanlılar Almaniya Federativ Respublikasının (AFR) kansleri xanım Angela Merkelə müraciət ünvanlayıb.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Axar.az-a daxil olan müraciətdə bildirilir ki, Almaniya-Azərbaycan münasibətləri qədim tarixə və qarşılıqlı səmimiyyətə söykənir: "XIX əsrin əvvəllərindən başlayaraq bir neçə alman yaşayış məntəqəsinin Azərbaycanda salınması iki xalqın əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verib. Azərbaycandakı çoxəsrlik multikulturalizm və tolerantlıq ənənələri həmin dövrdə hər iki xalqın çox mehriban və səmimi yaşamasına, həmçinin onların Azərbaycandakı evləri, lüteran kilsələri və memarlıq nümunələrinin bu günədək qorunub saxlanmasına imkan yaradıb".

Sənəddə qeyd olunur ki, hazırda Azərbaycanda yüzlərlə alman şirkəti fəaliyyət göstərir: "2017-ci ildə Cənubi Qafqaz regionu ölkələri ilə ümumi ticarətdə Azərbaycanın payı, təxminən, 66% olub. Ölkələrimiz arasında ticarət dövriyyəsi 1 milyard dollara yaxındır. Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır və Avropa İttifaqı ilə qarşılqlı hörmət, bərabər tərəfdaşlıq və ümumi maraqlara əsaslanan münasibətlərin inkişaf etdirilməsi istiqamətində qəti siyasi iradə nümayiş etdirir. O cümlədən Almaniya hər zaman dünyanın, beynəlxalq hüquq prinsiplərinə hörmətlə yanaşan, ədalətli mövqeyi ilə seçilən aparıcı bir ölkəsi olub. Ümidvarıq ki, Almaniya bu prinsiplərə sadiq qalaraq ATƏT-in Minsk qrupunun üzvü kimi bizim üçün əsas məsələ olan Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 20 faiz torpağının azad olunması və işğal edilmiş torpaqlardan məcburi köçkün düşmüş azərbaycanlıların öz torpaqlarına qayıtması, eləcə də Xocalı soyqrımı üçün ədalətin bərpa edilməsi üçün bundan sonra fəaliyyətini daha da gücləndirəcək".

"Bu gün Almaniya azərbaycanlıların sərbəst və rahat yaşayıb fəaliyyət göstərdiyi inkişaf etmiş bir ölkədir. Almaniya-Azərbaycan və Avropa İttifaqı-Azərbaycan əlaqələrinin hərtərəfli inkişafı hər iki xalqın biri-birini daha yaxından tanıması, azərbaycanlıların Almaniyaya inteqrasiyasının sürətlə və effektli həyata keçirilməsi və onların yaşadıqları ölkənin siyasi, ictimai və mədəni həyatına töhfələr verməsi Almaniyada yaşayan azərbaycanlıların əsas məqsədlərindən biridir. Azərbaycan-Alman münasibətlərinin 200 ildən artıq tarixə malik olmasına baxmayaraq, Almaniya kanslerinin Azərbaycana səfəri tarixdə bir ilkdir. Ümid edirik ki, bu səfər Almaniya-Azərbaycan və Avropa İttifaqı-Azərbaycan əlaqələrində yeni bir mərhələnin əsasını qoymaqla bərabər, iki xalq arasındakı əlaqələrin möhkəmlənməsinə də önəmli töfhələr verəcək. Bu baxımdan, Almaniya kansleri Angela Merkelə Azərbaycana səfərində uğurlar arzu edir və Ermənistana səfəri zamanı bu ölkənin rəhbərliyi qarşısında Azərbaycan ərazilərinin işğalına son qoymağı tələbə etməyə çağırırıq. Biz Almaniyada yaşayan azərbaycanlılar da bu istiqamətdə imkanlarımız daxilindəki bütün dəstəyi verməyə hazırıq", - müraciətdə vurğulanır.

13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu
12 May 2025 Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO
12 May 2025 Hindistan Ermənistana növbəti partiya “Akash” göndərir
12 May 2025 PKK özünü ləğv edib
12 May 2025 ABŞ dövlət katibi Türkiyəyə niyə gedir?
12 May 2025 Türkiyədən Putinin təklifinə reaksiya...
12 May 2025 Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb
10 May 2025 Britaniya səfiri ümummilli lider Heydər Əliyevi anıb
10 May 2025 Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
10 May 2025 ABŞ Rusiya və Çini birləşdirir: Trampdan ümudi kəsilən Kreml yenə Pekinə sığınır
09 May 2025 Putinin qonaqlığı: Liderlərə nə təqdim etdi - MENYU
09 May 2025 Zelenski şərtlərini açıqladı: İstənilən formatda danışıqlara hazırıq
09 May 2025 Trampın yeni "Ukrayna planı" Kremldə şok effekti yaradıb: Türkiyənin müdaxiləsi Rusiyanın təklənməsinə yol açacaq

Xəbər lenti