Almaniya kansleri Angela Merkelin Azərbaycana səfəri qarşılıqlı əlaqələrin inkişafına yeni stimul verəcək.

 

Bunu Trend-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, bu gün Avropa İttifaqı, o cümlədən quruma üzv ölkələrlə qarşılıqlı faydalı münasibətlər qurmaq və mövcud əlaqələri daha da dərinləşdirərək inkişaf etdirmək Azərbaycanın xarici siyasət kursunda əsas istiqamətlərdən birini təşkil edir. Bu sırada Almaniya mühüm yerlərdən birini tutur:

"Almaniya Avropanın əsas güc mərkəzlərindən biridir və bu ölkə Azərbaycanla münasibətlərə xüsusi önəm verir. Ölkəmiz də öz növbəsində, Almaniya ilə münasibətlərin daha da genişləndirilməsində maraqlıdır. Hesab edirəm ki, Azərbaycan-Almaniya münasibətləri ötən illərdə inkişaf edib, yeni əməkdaşlıq imkanlarının yaradılması üçün də gözəl perspektivlər var".

Baş redaktor deyib ki, A.Merkelin Cənubi Qafqaza səfəri çərçivəsində avqustun 25-də Azərbaycana gəlməsi mühüm hadisədir: “Cənubi Qafqaz regionu bu gün aparıcı dövlətlərin, dünyanın güc mərkəzlərinin diqqət mərkəzindədir. Bunun əsas səbəblərindən biri Azərbaycanın həyata keçirdiyi qlobal enerji layihələri ilə bağlıdır. Regiona və dünyaya sülh, sabitlik gətirən bu layihələr, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm amil kimi qiymətləndirilir. Ölkəmizin təşəbbüsü ilə uğurla reallaşdırılan “Cənub Qaz Dəhlizi” layihəsini bu baxımdan xüsusi vurğulamaq lazımdır. Qitələri birləşdirən bu layihə tərəfdaş ölkələrə böyük fayda verəcək. Almaniya da “Cənub Qaz Dəhlizi” layihəsinə böyük maraq göstərir. Şübhəsiz, xanım Merkelin səfəri zamanı əsas müzakirə mövzularından biri də məhz enerji məsələləri olacaq”.

O əlavə edib ki, Azərbaycanla Almaniya arasında çox fəal siyasi dialoq mövcuddur: “Almaniya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, ədalətli şəkildə həllinin tərəfdarıdır. Hesab edirəm ki, Almaniya kanslerinin Azərbaycana səfəri qarşılıqlı əlaqələrin inkişafına yeni stimul verəcək”.

13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu
12 May 2025 Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO
12 May 2025 Hindistan Ermənistana növbəti partiya “Akash” göndərir
12 May 2025 PKK özünü ləğv edib
12 May 2025 ABŞ dövlət katibi Türkiyəyə niyə gedir?
12 May 2025 Türkiyədən Putinin təklifinə reaksiya...
12 May 2025 Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb
10 May 2025 Britaniya səfiri ümummilli lider Heydər Əliyevi anıb
10 May 2025 Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
10 May 2025 ABŞ Rusiya və Çini birləşdirir: Trampdan ümudi kəsilən Kreml yenə Pekinə sığınır
09 May 2025 Putinin qonaqlığı: Liderlərə nə təqdim etdi - MENYU
09 May 2025 Zelenski şərtlərini açıqladı: İstənilən formatda danışıqlara hazırıq
09 May 2025 Trampın yeni "Ukrayna planı" Kremldə şok effekti yaradıb: Türkiyənin müdaxiləsi Rusiyanın təklənməsinə yol açacaq

Xəbər lenti