Gec, ya tez, Suriya məsəsində düyün çözüləcək.

ABŞ-Türkiyə münasibətləri normaya düşəcək və maraqlarda ortaq razılaşma olacaq. Rusiya ilə bağlı isə bunları deməyə çətinlik çəkirəm.

Bu sözləri Axar.az-a ABŞ-ın İraqın Kərkük bölgəsindən başlayaraq Mosul və Suriyanın Rakka şəhərinə qədər uzanan enerji dəhlizinə sahib olmaq üçün həyata keçirəcəyi planla bağlı yayılan informasiyaya münasibət bildirən beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev deyib. O bildirib ki, deyilən planın həyata keçib-keçməməsi məsələsini dəqiqləşdirməyə ehtiyac var:

“Ağ Evin İraq və Suriya sərhədini aradan qaldıraraq PKK işğalındakı yerləri vahid bölgə halına gətirmək və buradakı yeraltı sərvətləri bütün dünyaya satmaq niyyətində olduğu deyilir. Ancaq bu planın məhz bu üsulla həyata keçirilməsi ideyasının varlığını dəqiqləşdirməyə ehtiyac var. Doğrudur, hələ regionda gərginliklər başlamadan öncə ABŞ-ın Yaxın Şərq layihəsinin (Böyük Orta Doğu projesi) olması ilə bağlı çox məlumatlar var idi. O zaman deyilirdi ki, regionda yeni dövlətlərin yaranması, bəzilərinin parçalanması, Türkiyə, İran, Suriyadan torpaq ayırmaqla Böyük Kürd dövlətinin qurulması bu layihənin əsas hədəflərindəndir. Ola bilsin ki, burada müəyyən şişirtmələr var, amma sonradan baş verən hadisələr ortaya çoxlu suallar çıxartdı”.

Ekspert vurğulayıb ki, ABŞ bütün dünyada mövcud olan enerji daşıyıcılarına maksimum nəzarət etməyi planlaşdırır və bunu gizlətmir:

“Bu istəyini də dünyada böyük pulları nəzarətdə saxlamaq, terrorun qarşını almaq məqsədi ilə əsaslandırmağa çalışır. Burada nə qədər səmimidir, bu, ayrı məsələdir. Amma o həqiqətdir ki, addım-adım bu istəyini gerçəkləşdirir. Lakin indiyə qədər hansısa dövlətin parçalanmasının şahidi olmadıq. İraq, Liviya, Misir, Tunis, Sudanda baş verən hadisələrdən sonra bu parçalanma olmadı. Hətta İraq kürdləri ümid edirdilər ki, Səddam Hüseyn devriləndən sonra ABŞ onların müstəqil dövlət kimi yaranmasına dəstək olacaq. Amma bu da olmadı. Bu, o anlama gəlir ki, əgər missiya həyata keçibsə, konkret hansısa dövlətlə münasibətlər qaydasındadırsa, iqtisadi və hərbi sahədə birlikdədirlərsə, sərhədlərin dəyişməsinə ehtiyac yoxdur. Hazırda bu problem Suriya ilə, gələcəkdə isə İranla bağlı ola bilər”.

Ekspert qeyd edib ki, əslində Suriya de-fakto bölünüb: “Əsəd Suriya ərazisinin bir hissəsinə, ümumiyyətlə, nəzarət edə bilmir. Görünən odur ki, o ərazilərə nəzarəti bərpa etmək perspektivləri də azdır. Sözsüz ki, bu plan strateji cəhətdən Rusiyanı qane etmədiyi üçün Suriyada hərbi mövcudluğunu hələ də saxlayır. İranda isə proseslər qaynar fazaya keçməyib. İran çalışır ki, bunun qarşısını müxtəlif vasitələrlə alsın. Eyni məsələ Türkiyənin də maraqlarına zidd olduğu üçün Türkiyə də regionda fəallığını artırır, bu istiqmətdə Rusiya ilə də danışıqlar aparır. Amma hesab edirəm ki, məsələlər Əkrəm Dədənin dediyi kimi olmayacaq”.

Ekspertin sözlərinə görə, illərdir Moskvanın Əsədi dəstəkləməsi ona böyük maddi və insan itkiləri hesabına başa gəlir:

“Bu da daxildə artıq narazılıqlar yaradır. Böyük ehtimalla bir müddət sonra razılaşma əsasında bir bəhanə ilə Rusiya Suriyadan çıxacaq. Amma Rusiya çıxışı elə planlayacaq ki, bu, onun məğlubiyyəti kimi görünməsin”.

Qeyd edək ki, dünən Rakka Yerli Məclisinin üzvü Əkrəm Dədə “Yeni Şəfəq” nəşrinə müsahibəsində ABŞ-ın İraqın Kərkük bölgəsindən başlayaraq Mosul və Suriyanın Rakka şəhərinə qədər uzanan enerji dəhlizinə sahib olmaq üçün hərəkətə keçdiyini bildirib. Onun sözlərinə görə, Ağ Ev İraq və Suriya sərhədini aradan qaldıraraq PKK işğalındakı yerləri vahid bölgə halına gətirmək və buradakı yeraltı sərvətləri bütün dünyaya satmaq niyyətindədir.

15 May 2025 Zelenskiyə Rusiya ilə danışıqlar üçün İstanbulda “kölgə məsləhətçi” göndərilir
15 May 2025 Ərdoğan “Qalatasaray”ı təbrik etdi - Foto
15 May 2025 Antalyada görüşdülər - Foto
15 May 2025 İran bu şərtlə ABŞ ilə razılığa gələcək
15 May 2025 Danışıqlar 11-də başlayacaq
15 May 2025 Trampın Ərdoğanla gizli anlaşması: İki liderin ortaq planı reallaşır
14 May 2025 Tramp-Culani görüşünə Ərdoğan da qatıldı - Yenilənir
14 May 2025 Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayırlar - Yenilənib
14 May 2025 Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
14 May 2025 Abramoviç danışıqlar öncəsi Kremldə nə gəzir? - Foto
14 May 2025 Türkiyədə güclü zəlzələ olub
14 May 2025 Kremlin strateji səhvləri indi Rusiyanı vurur: Putin İstanbul masasına oturmazsa, Qərbin "fəlakət ssenarisi" işə düşəcək
13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu

Xəbər lenti