Gürcüstan prezidentliyinə müstəqil namizəd olan Salome Zurabişvili özünün seçkiqabağı təşviqat kampaniyası üçün 2,1 milyon lari (797 min dollar) toplaya bilib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Dövlət Audit Xidməti yayıb. Zurabişvili əldə etdiyi pulların 1,1 milyonluq hissəsini ianələr hesabına əldə edib. Daha 1 milyonu isə o, milyarder Bidzina İvanişvilinin “Karta Bank”ından götürüb. Təşviqat kampaniyası zamanı Zurabişvili 1,9 milyon lari xərcləyib ki, bunun da 1,4 milyon larisi reklamlara ayrılıb.

Gürcüstanın “Birinci kanal”ına müsahibə verən Zurabişvili aldığı krediti özünün ödəmək fikri olmadığını bildirib:

“Mən faizləri ödəməyə hazırlaşmıram. Belə ki, seçkidə 10% yox, 70% səs toplayacağam. Mən müstəqiləm”.

Qeyd edək ki, Gürcüstan qanunvericiliyinə əsasən, namizəd seçkidə 10%-dən çox səs toplayacağı halda dövlətdən öz xərclərinin kompensasiyası üçün 1 milyon lari tələb edə bilər.

Bundan öncə Zurabişvilini İvanişvilinin Gürcü Arzusu Partiyası dəstəklədiyini bildirmişdi.

Zurabişvili bir müddət əvvəl Samsxe Cavaxetiyada ermənilərə dəstək nümayiş etdirmişdi. O, çıxışı zamanı Saakaşvilini ittiham edərək, onun ermənilərin yerinə türklərə pasport payladığını bildirmişdi.

Gürcüstanda prezident seçkisi 28 oktyabrda keçiriləcək. Seçkidə əsas liderliyi Vahid Milli Hərəkat Partiyasının da dəstəklədiyi Qriqol Vaşadze edir. Ondan sonrakı yerləri Avropa Gürcüstanı Partiyasından olan David Bakradze ilə Salome Zurabişvili paylaşır.

15 May 2025 Zelenskiyə Rusiya ilə danışıqlar üçün İstanbulda “kölgə məsləhətçi” göndərilir
15 May 2025 Ərdoğan “Qalatasaray”ı təbrik etdi - Foto
15 May 2025 Antalyada görüşdülər - Foto
15 May 2025 İran bu şərtlə ABŞ ilə razılığa gələcək
15 May 2025 Danışıqlar 11-də başlayacaq
15 May 2025 Trampın Ərdoğanla gizli anlaşması: İki liderin ortaq planı reallaşır
14 May 2025 Tramp-Culani görüşünə Ərdoğan da qatıldı - Yenilənir
14 May 2025 Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayırlar - Yenilənib
14 May 2025 Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
14 May 2025 Abramoviç danışıqlar öncəsi Kremldə nə gəzir? - Foto
14 May 2025 Türkiyədə güclü zəlzələ olub
14 May 2025 Kremlin strateji səhvləri indi Rusiyanı vurur: Putin İstanbul masasına oturmazsa, Qərbin "fəlakət ssenarisi" işə düşəcək
13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu

Xəbər lenti