ABŞ-də daha bir təyyarə qəzası - VİDEO

ABŞ-də daha bir təyyarə qəzaya uğrayıb.

Xarici KİV xəbər verir ki, hadisə Filadelfiya şəhərində baş verib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, Şimal-Şərqi Filadelfiya Hava Limanından saat 18:06-da havaya qalxan və Missuri ştatının Sprinqfild-Branson Milli Hava Limanına doğru hərəkət edən "Learjet 55" təyyarəsi havaya qalxdıqdan təxminən 30 saniyə sonra 487 metr yüksəklikdə radarlardan itib. 

Təyyarənin yaşayış məntəqəsinə çırpılmasından sonra ərazidə yanğınlar başlayıb, hadisə yerinə axtarış-xilasetmə qrupları cəlb olunub.

Məlumata görə, qəza zamanı təyyarədə 6 nəfər olub. Hələlik rəsmi məlumat olmasa da, hadisə nəticəsində çox sayda ölən və yaralananların olduğu bildirilir.

Əyalət polisi qəza baş verən ərazidə vətəndaşları təxliyə edib və onlara əraziyə yaxınlaşmamaq barədə xəbərdarlıq edib.

Qəzaya uğrayan təyyarənin təcili yardım təyyarəsi olduğu və xəstə uşaq daşıdığı da məlumatlar arasındadır.

Xatırladaq ki, bundan əvvəl ABŞ-də “American Airlines” sərnişin təyyarəsi ilə “Black Hawk” hərbi helikopteri toqquşub. Hava gəmisinin göyərtəsində 64 nəfər olub, onlardan dördü ekipaj üzvüdür. Helikopterdə isə 3 hərbçinin olduğu məlumdur. ABŞ Prezidenti Donald Tramp qəza nəticəsində sağ qalanların olmadığını açıqlayıb.

 

13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu
12 May 2025 Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO
12 May 2025 Hindistan Ermənistana növbəti partiya “Akash” göndərir
12 May 2025 PKK özünü ləğv edib
12 May 2025 ABŞ dövlət katibi Türkiyəyə niyə gedir?
12 May 2025 Türkiyədən Putinin təklifinə reaksiya...
12 May 2025 Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb
10 May 2025 Britaniya səfiri ümummilli lider Heydər Əliyevi anıb
10 May 2025 Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
10 May 2025 ABŞ Rusiya və Çini birləşdirir: Trampdan ümudi kəsilən Kreml yenə Pekinə sığınır
09 May 2025 Putinin qonaqlığı: Liderlərə nə təqdim etdi - MENYU
09 May 2025 Zelenski şərtlərini açıqladı: İstənilən formatda danışıqlara hazırıq
09 May 2025 Trampın yeni "Ukrayna planı" Kremldə şok effekti yaradıb: Türkiyənin müdaxiləsi Rusiyanın təklənməsinə yol açacaq

Xəbər lenti