![]() |
|
Portuqaliyanın Lole şəhərində batut gimnastikası və tamblinq üzrə ilin sonuncu dünya kuboku yarışları keçirilib.
Axar.az xəbər verir ki, turnirin sonuncu günündə il ərzində təşkil olunmuş bütün dünya kuboklarının yekun xalları əsasında fərqlənmiş gimnastlara xüsusi kuboklar təqdim edilib. Azərbaycan gimnastı, tamblinq üzrə 2018-ci ilin Avropa çempionu Mixail Malkin bütün rəqiblərini üstələyərək kuboka layiq görülüb.
Batut gimnastikası üzrə sinxron proqramda qadın cütlüyümüz Veronika Zemlyanaya və Svetlana Makştaryova cari ildə bütün dünya kuboklarında topladıqları xalların hesabına əsasən birincilik əldə ediblər.
Konor Makqreqor Həbib Nurməhəmmədovla revanş döyüşü istədiyini açıqlayıb.
Axar.az xəbər verir ki, bu barədə idmançı Tvitter hesabında yazıb.
“Revanş almaq istəyirəm”, - Makqreqor bildirib.
Qeyd edək ki, Konor Makqreqor Həbib Nurməhəmmədovla görüşün dördüncü raundunda boğucu fəndə düşərək təslim olub.
Azərbaycan Kikboksinq Federasiyasının üzvü, bir sıra beynəlxalq yarışların qalibi, dünya çempionu Xəyal Əhmədov Almaniyanın Bohum şəhərində keçirilmiş nüfuzlu beynəlxalq turnirdə növbəti dəfə Azərbaycan bayrağını başı üzərinə qaldırıb.
Axar.az xəbər verir ki, MMA qarışıq döyüş növləri və K1 versiyaları üzrə keçirilən beynəlxalq turnirdə Azərbaycanı təmsil edən "Tank" ləqəbli kikboksçumuz Xəyal Əhmədov oktyabrın 6-da rinqə çıxıb. Almaniyalı idmançı Lukas Boçenski ilə gücünü sınayan X.Əhmədov inamlı qələbə qazanaraq Azərbaycanın idman uğurlarına daha bir imza atıb.
Oktyabrın 6-da İspaniya La Liqasının 8-ci turuna start verilib.
Axar.az xəbər verir ki, turun gözlənilməz hesabı "Mendizorroza" stadionunda qeydə alınıb. "Real Madrid" klubu səfərdə "Deportivo Alaves" komandasının qonağı olub. Görüş 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Oyunda yeganə qolun müəllifi 90-cı dəqiqədə Manu Qarsiya olub.
Madrid təmsilçisinin əzəli rəqibi "Barselona" oktyabrın 7-də doğma meydanda "Valensiya" klubu ilə qarşılaşacaq.
Beynəlxalq Şahmat Federasiyasının (FİDE) vitse-prezidenti vəzifəsinə seçilməyim münasibətilə məni təbrik edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirmək istəyirəm. Dövlət başçısının təbriki mənə şərəf verdi və məsuliyyətimi daha da artırdı.
Axar.az xəbər verir ki, FİDE-nin vitse-prezidenti Mahir Məmmədov ali şahmat qurumunun mətbuat xidmətinə açıqlamasında şahmat tarixində ilk dəfə azərbaycanlının FIDE-də yüksək vəzifəyə seçilməsini dünya şahmat ailəsinin Azərbaycana böyük etimadı kimi dəyərləndirib.
“Beynəlxalq Şahmat Federasiyasında yüksək vəzifəyə seçilməyim ölkəmizə və Azərbaycan idmanına böyük etimadın göstəricisidir. İdmanın inkişafı dövlətimizin siyasətinin prioritetlərindən biridir. Bu gün Azərbaycan dünyada idman, o cümlədən şahmat ölkəsi kimi tanınır. Azərbaycan Prezidenti İlham Əliyev dünya ölkələri arasında ilk dəfə şahmatın inkişafına dair 2009-2014-cü illəri əhatə edən Dövlət Proqramını imzalamaqla bu idman növünün yeni inkişaf mərhələsinə yüksəlməsinə dəstək olub. Məhz Prezident İlham Əliyevin şahmata və şahmatçılara göstərdiyi diqqətin sayəsində qrossmeysterlərimiz nüfuzlu yarışlarda parlaq qələbələr qazanıb, ölkəmizdə mötəbər şahmat yarışlarının təşkili ənənə halını alıb. 2015-ci ildə Bakıda şahmat üzrə Dünya Kuboku, 2016-cı ildə 42-ci Ümumdünya Şahmat Olimpiadası keçirilib. Hər il Şəmkirdə beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan superturnir təşkil olunur. Ölkəmizdə şahmatın inkişafına göstərdiyi diqqət və qayğıya görə şahmatçılarımız adından Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm”, - deyə Mahir Məmmədov bildirib.