Argentinalı əfsanəvi futbolçu Dieqo Maradona Buenos-Ayres yaxınlığında dəfn edilib.

Maradonanın məzarı özəl Bella Vista qəbiristanlığında, valideynlərinin yanındadır.

Xatırladaq ki, Maradona noyabrın 25-də ürək tutmasından dünyasını dəyişib.

Maradonanın ölümü ilə əlaqədar olaraq Argentinada üç günlük matəm elan edilib.(Report)

Xəbər lenti