![]() |
|
Bir müddət əvvəl sökülən Cavanşir körpüsü ərazisində son vəziyyət açıqlanıb.
“ATV xəbər” xəbər verir ki, burada işlər sürətlə davam etdirilir.
Artıq asfaltlanma işləri tamamilə yekunlaşıb. Hazırda kommunikasiya xətləri çəkilir və ərazidə yaşıllıq salınır. Aparılan işlər həm nəqliyyat vasitələri, həm də piyadaların ərazidə rahat hərəkətini təmin edəcək.
Yeni yol təxminən 3 aya istifadəyə veriləcək.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
"Avronun məzənnəsi 0,2% artaraq 1,8459 manat, Rusiya rublunun məzənnəsi 1,5% irəliləyərək 0,0200 manat, Türkiyə lirəsi 0,4% ucuzlaşaraq 0,0513 manat təşkil edib.
ABŞ dollarının məzənnəsi isə dəyişməyərək 1,7000 manat olub.
"Elektron siqaret, qəlyan və onların əvəzedicilərini satanların marjasından asılı olaraq qiymətlər hər ədəddə 1.50- 2 manat arası arta bilər”.
Bunu Valyuta.az-a iqtisadçı Xalid Kərimli Azərbaycana gətirilən tütün və alkaqollu məhsulların bəziləri üçün aksiz dərəcələrinin artırılması haqqında danışarkən deyib.
O, bildirib ki, bu məhsulların hər ədədi üçün aksiz vergisinin 0,25 manatdan 2 manata qaldırılması sahibkarın xərcinin artması deməkdir: "Bu isə əhəmiyyətli artımdır. Ona görə qiymətlərə mütləq şəkildə təsir göstərəcək. Belə məhsullar adətən tam qiymətə satıldığına görə güman edirəm ki, bu siqaretlərin qiyməti ən azı 2 manat bahalaşacaq”.
Qeyd edək ki, Nazirlər Kabineti 19 yanvar 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib.
Qərara əsasən Azərbaycana gətirlən tütün məhsulları və alkaqolluiçkilərlə yanaşı birdəfəlik istifadə olunan elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər ədədi üçün aksiz vergisi 0,25 manatdan 2 manata qaldırılıb.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
Avronun məzənnəsi 0,08% azalaraq 1,8429 manat, Rusiya rublunun məzənnəsi 1,5% irəliləyərək 0,0197 manat, Türkiyə lirəsi 0,6% ucuzlaşaraq 0,0515 manat təşkil edib.
ABŞ dollarının məzənnəsi isə dəyişməyərək 1,7000 manat olub.
Nazirlər Kabineti 22 iyul 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, gömrük orqanlarının malların buraxılışı həyata keçirildikdən sonra gömrük bəyannaməsində düzəlişlər etməsinə və yaxud onu geri götürməsinə icazə verilən halların sayı artırılıb. Siyahiya aşağıdakı hallar da əlavə edilib:
- malların buraxılışı həyata keçirildikdən sonra 3 il müddətində bəyannaməçi malları müvafiq gömrük proseduru altında yerləşdirməsi ilə əlaqədar öhdəliklərini yerinə yetirməli olduqda;
- Gömrük Məcəlləsinin 46-cı fəslinə uyğun olaraq gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması barədə gömrük orqanının qərarı olduqda;
- bu Qaydaların 14.10-cu bəndində göstərilmiş hal istisna olmaqla, aparılmış gömrük auditi nəticəsində gömrük bəyannaməsində qeyd olunan məlumatlarda düzəliş edilməli olduqda;
- yuxarı gömrük orqanının və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda.
Laçın rayonunda ilk aeroportun tikintisini əks etdirən yeni videogörüntülər yayılıb.
Laçın Beynəlxalq Hava Limanı Qarabağda tikilən üçüncü beynəlxalq aeroport olacaq. Onun təməli 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulub.
Tikinti işlərinin 2025-ci ildə başa çatdırılması planlaşdırılır. Hava limanının uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni isə 60 metr olacaq. Hava limanı saatda 200-ə qədər sərnişinə xidmət göstərə biləcək.
Qarabağda şəhərlərarası və şəhərlərdaxili sərnişindaşımaları üçün işlər gedir. İlk olaraq Laçın, Şuşa, Xankəndi şəhərlərinin nəqliyyat təminatı tərəfimizdən hazırlanıb.
Valyuta.az xəbər verir ki, bu barədə mobillik sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı keçirilən brifinq zamanı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.
O qeyd edib ki, Qarabağın nəqliyyat planına uyğun olaraq müsabiqələr də elan edilib:
"Bakı-Laçın marşrutunu da müsabiqəyə çıxarmışıq və artıq fəaliyyətə başlayacaq. Bundan başqa, Bərdə-Xankəndi və Bərdə-Şuşa marşrutlarının açılması da nəzərdə tutulur. Şuşa Ağdam marsrutlarından əlavə yeni marsrutlar da istifadəyə veriləcək".
Xaricdən gətirilən avtomobillərin idxal dəyər 5 min manatadək artıb. Belə ki, bu ilin yanvar-iyun aylarında xaricdən Azərbaycana ümumilikdə 779 milyon 364 min dollar dəyərində 42 min 335 ədəd avtomobil gətirilib.
Dövlət Gömrük Komitəsinin (DGK) statistikasına əsasən, 2023-ci ilin yanvar-iyun ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 6 min 38 ədəd azalıb, dəyəri baxımından 26 milyon 60 min dollar və ya 4% artıb. Bu dövrdə 1 ədəd avtomobilin idxal qiyməti 18 min 410 dollar, ötən ilin eyni dövründə isə 15 min 573 dollar olub. İdxal qiyməti son bir il ərzində 5 min manatadək artıb.
Avtomobil sektoru üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, avtomobillərin idxal dəyərinin artmasının səbəbi ili köhnə nəqliyyat vasitələrinin ölkəyə gəlişinin məhdudlaşdırılmasıdır.
Ekspert həmçinin vurğulayıb ki, idxal edilən avtomobillərin 9 minə yaxını hibriddir.