Yeddi avtomobildən oğurluq edən şəxs saxlanılıb – Binəqədidə
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində

Bakının Binəqədi rayonu ərazisində avtomobillərdən oğurluq edən şəxs tutulub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 7 avtomobildən pul, video qeydiyyat qurğusu, geyim əşyaları və yan güzgüləri oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini İ.Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan metamfetamin aşkar edilərək götürülüb.

Xəbər lenti