Hacıqabulda avtomobil aşdı, xəsarət alanlar var - FOTO
Faktla bağlı araşdırma aparılır

Hacıqabul rayonunda yol-nəqliyyat hadisəsi baş verib.  Yol-xeber.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunda qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobili yoldan çıxaraq aşıb. Nəticədə 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

 

Xəbər lenti