Toy kortejində olan iki avtomobil mikroavtobusla toqquşdu: azı 12 ölü, 9 yaralı - FOTO
Yaralılar, hadisə yerinə çağırılan ambulanslarla xəstəxanaya çatdırılıblar

Misirin şimal-şərqində 3 nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Yol-xeber.az xəbər verir ki, insident martın 6-da səhər saatlarında İsmailiyyə əyalətində qeydə alınıb. Bu barədə “Al Youm As Sabi” portalı məlumat yayıb.

Portalın məlumatına görə, dövlətlər arası avtomagistralda toy kortejində olan iki minik avtomobili mikroavtobusla toqquşub. Nəticədə azı 12 nəfər ölüb, daha 9-u isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar, hadisə yerinə çağırılan ambulanslarla xəstəxanaya çatdırılıblar.

 

Polis qəzanın baş vermə səbəblərini araşdırır.

 

Xəbər lenti