Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olmaqda təqsirləndirilən 1988-ci il təvəllüdlü Elman İbrahimovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

 

Hakim Samir Əliyevin sədrliyi ilə məhkəmənin baxış iclası baş tutub.

İttihamda yazılır ki, hadisə Bakıda inzibati qaydada saxlanılanların müvəqqəti saxlanma yerində baş verib. E.İbrahimov onunla birgə saxlanılan Çingiz Xəlilovla dava edərək onu döyüb və xəstəxanaya yerləşdirilən Ç.Xəlilov orada ölüb.

Amma E.İbrahimov bununla razılaşmır. Məhkəmədə ifadə verən E. İbrahimov heç kimi öldürmədiyini deyir.

"Kamerada yatmışdım, qəfildən kimsə barmaqlarını gözümə soxdu. Oyanıb gördüm ki, o adam üstümdə oturub, dizini də sinəmə qoyub. Mən onu itələdim, yıxıldı. Sonra da polislər gəlib onu apardılar, Çingizi o qədər döydülər ki, üst-başı qanın içində idi. Sonra gəlib mənə dedilər ki, sən sakit adamsan, amma bir də belə olsa, səni də döyəcəyik. Çingiz otaqda gəzirdi, halı özündə idi, qəfildən yerə yıxıldı. Onu apardılar xəstəxanaya, bir az keçəndən sonra polislər gəlib məni döyməyə başladı. Niyə döydüklərini də demirdilər"- deyən Ə.İbrahimov sonradan Çingizin öldüyünü öyrəndiyini bildirib.

E.İbrahimov məhkəməyə müraciət edərək görüntülərin izlənilməsini istəyib:

"Cənab hakim, sənədlərin içində 17 dəqiqəlik video var, xahiş edirəm, ona tam baxın. Orada görəcəksiniz ki, polislər Çingizi neçə dəfə kameradan çıxarıb aparırlar, bir az keçəndən sonra gətirirlər. Hər dəfə aparanda döyüb gətirirdilər. Çingiz mənimlə mübahisə etmədən əvvəl də neçə dəfə polislər onu döymüşdü. Mən kişi kimi deyirəm ki, o adamı mən öldürməmişəm".

Prosesin davamında hakim bildirib ki, MSY-də xidmət edən polislər məhkəməyə çağırılıb. Lakin onlar prosesə gəlməyib. Polis əməkdaşlarının məhkəməyə məcburi gətirilməsi barədə qərar çıxarılıb. Onlar şahid qismində dindiriləcək.

Məhkəmə prosesi sentyabrın 5-də davam etdiriləcək.

Qeyd edək ki, E.İbrahimov Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma; zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilir.

09 May 2025 Bank kartlarından oğurluqlar davam edir
08 May 2025 DİN vətəndaşlara xəbərdarlıq etdi: “...bu, cinayət tələsidir!”
08 May 2025 Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu
08 May 2025 İcra Hakimiyyətinin əməkdaşları qəzaya düşdü - Yaralılar var
08 May 2025 Sumqayıtda emalatxanada partlayış - xəsarət alan var
07 May 2025 Şərurlu İsfəndiyar 1 milyon dollarlıq məhkəmə işində UDUZDU
07 May 2025 Terrora dəstək üçün pul yığdılar - DTX yaxaladı
06 May 2025 “Ağ Şəhər”də fəhlə hündürlükdən yıxılıb öldü
06 May 2025 Sabah 28 dərəcə isti olacaq
06 May 2025 Bu gecə də Sabunçu tuneli su ilə dolubmuş - Video
06 May 2025 Bakıda “Prius” ağır qəza törətdi - Ölən və yaralananlar var
05 May 2025 Bakıda “Nürnberq prosesi” – zərərçəkənlər erməniləri belə ifşa edir- ŞOK İFADƏLƏR
05 May 2025 “Dedi, bitkini yığmışam, evə gəlirəm” – Meşədə itən şəhid atasının qızı DANIŞDI
05 May 2025 Həftəsonu vətəndaşların bank kartlarından 46 min manatdan çox pul oğurlanıb
05 May 2025 Şəhid atası meşədə itkin düşdü
05 May 2025 Bakıda sakinlər evdə ola-ola bina söküldü - VİDEO
03 May 2025 Məzahir Pənahovun oğlu boşanmaq istəmir, qızılları da qaytarmır
03 May 2025 Sabiq məmurun nəvəsi qadına hücum edib? - Video
03 May 2025 Qarabağdakı kütləvi məzarlıqlar Avropa mediasının diqqətini cəlb edib
03 May 2025 DİN-dən çağırış: Təhlükə var, bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın

Xəbər lenti