Atasını bıçaqlayaraq öldürüb, sonra isə evi yandıran şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb. Dəhşətli qətlə görə daha iki nəfər həbs edilib.

 

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəsində qətl törətməkdə ittiham edilən 1997-ci il təvəllüdlü Elməddin İsmayılov, 1992-ci il təvəllüdlü Nəcməddin İsmayılov və 1976-cı il təvəllüdlü Vəlican Dadaşovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Məhkəmənin baxış iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihamda yazılır ki, Elməddin Əliyev atası Ibrahim Əliyevi kişilərlə qeyri-təbii yolla cinsi əlaqədə olaraq əxlaqsız hərəkətləri ilə ailəsini rüsvay etməsinə görə qisas alaraq qəsdən öldürmək qərarına gəlib.

Bu məqsədlə əvvəllər məhkum olunmuş tanışları İsmayılov Nəcməddin və Dadaşov Vəlicana həmin cinayəti sifariş edib birgə həyata keçirmələri barədə razılaşdıqdan sonra cinayəti bir qrup şəxs halında həyata keçirməyi birgə planlaşdıraraq, cinayətin üsulu, yeri və aləti barədə ümumi razılığa gəlib.

Vəlican Dadaşov İbrahim Əliyevi üzdən tanımadığına görə razılaşdırılmış plana müvafiq olaraq 30 yanvar 2018-ci il tarixdə gündüz vaxtı sonuncunu Nəcməddin İsmayılov aldatma yolu ilə  Zirə qəsəbəsinin bağlar massivinə gətirib. Vəlican Dadaşov burada yerləşən və Pənahlı Bəhmən Əliyulla oğluna məxsus nömrəsiz evin həyətində Elməddin Əliyev və Nəcməddin İsmayılov birlikdə həmin evdə gizləndikdən sonra Nəcməddin İsmayılov İbrahim Əliyevin cinsi meyllərindən məlumatlı olan şəxs kimi sonuncunun ev telefonuna zəng edib guya qeyri-təbii yolla cinsi əlaqədə olması üçün kişi tapdığını bildirərək həmin evə gəlməsini xahiş edib. Sonuncu həmin evə daxil olarkən Vəlican Dadaşov özü ilə gətirdiyi daş baltası ilə İbrahim Əliyevin baş nahiyəsinə zərbə vurub, sonra döş qəfəsinə bıçaqla 3 ədəd deşilmiş-kəsilmiş yaralar yetirərək öldürüb. Elməddin Əliyevi və Nəcməddin İsmayılovu evə çağıraraq İbrahim Əliyevin ölməsinə əmin olduqdan sonra hadisə yerindən qaçıblar.

Bundan sonra Elməddin Əliyev Vəlican Dadaşovla birlikdə cinayətin izlərini məhv etmək məqsədilə İbrahim Əliyevin meyiti ilə birlikdə Azər Əliyevin evini yandırmaq qərarına gəlib.

Ümumi dəyəri 8000 manat məbləğində qiymətləndirlimiş kürsülü birmərtəbəli evi yandıraraq Azər Əliyevə zərər vurublar.

Vəlican Dadaşov məhkəmədə özünü təqsirli bilməyib. O deyib ki, Elməddin kafedə oturanda atasını öldürdüyünü deyib.

"Bunu mənə deyəndə güldüm. Çünki bunu həmişə deyirdi. Atasının onu döydüyü, incitdiyi üçün öldürəcəyini deyirdi. Amma mən inanmırdım. Kafedə başqa sual vermədim. Məndən xahiş elədi ki, gedək benzin alaq. Mən də onunla getdim. Dedi ki, bir nəfərin maşınına benzin tökəcək. Gedəndə onu yolda gözlədim. Səhər bildim ki, ev yanıb"- deyən Vəlican Dadaşov mərhumu tanımadığını, heç vaxt görmədiyini deyib. O söyləyib ki, istintaqda təzyiqlərlə ifadə verib və cinayəti etiraf edib.

Məhkəmədə ifadə verən Elməddin atasının ölməsindən xəbərsiz olduğunu deyib.

Elməddin söyləyib ki, əgər atasının hər hansı əxlaqsız hərəkətini görsəydi, ya özü, ya da qardaşı öldürərdi.

"Mən gələndə gördüm ki, Vəlican atamı öldürüb. Görəndə qorxdum, özümü itirdim. Sonra dedi ki, əl izləri qaldığı üçün evi yandırmalıdır"- deyən Elməddin özünü qətiyyən günahkar bilməyib. Qeyd edib ki, atası ilə münasibətləri yaxşı olub, heç vaxt dava etməyiblər.

Suallara cavab verən 21 yaşlı Elməddin atasını öldürən Vəlicandan hadisəni törətməsinin səbəbini soruşmadığını deyib: "Qorxduğum üçün soruşmadım. Həm hadisədən, həm də Vəlicandan qorxurdum".

Məlum olub ki, Elməddin atasının ölüm xəbərini aldıqdan sonra elə Vəlican Dadaşovla Pirallahıdan gecə klubuna gediblər.

Növbəti suallara cavabında isə Elməddin atasının Vəlicana faizə pul verdiyini deyib. Onun dediyinə görə, Vəlican buna görə də atasını öldürüb.

Bildirək ki, bu Elməddin İsmayılovun ilk cinayət əməlidir. Anket məlumatlarında məlum olub ki, Vəlican Dadaşov daha əvvəl bir neçə dəfə məhkumluq həyatı yaşayıb.

Nəcməddin İsmayılovun da daha əvvəl oğurluğa görə hakim qarşısına çıxarıldığı və şərti cəza aldığı məlum olub.

09 May 2025 Bank kartlarından oğurluqlar davam edir
08 May 2025 DİN vətəndaşlara xəbərdarlıq etdi: “...bu, cinayət tələsidir!”
08 May 2025 Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu
08 May 2025 İcra Hakimiyyətinin əməkdaşları qəzaya düşdü - Yaralılar var
08 May 2025 Sumqayıtda emalatxanada partlayış - xəsarət alan var
07 May 2025 Şərurlu İsfəndiyar 1 milyon dollarlıq məhkəmə işində UDUZDU
07 May 2025 Terrora dəstək üçün pul yığdılar - DTX yaxaladı
06 May 2025 “Ağ Şəhər”də fəhlə hündürlükdən yıxılıb öldü
06 May 2025 Sabah 28 dərəcə isti olacaq
06 May 2025 Bu gecə də Sabunçu tuneli su ilə dolubmuş - Video
06 May 2025 Bakıda “Prius” ağır qəza törətdi - Ölən və yaralananlar var
05 May 2025 Bakıda “Nürnberq prosesi” – zərərçəkənlər erməniləri belə ifşa edir- ŞOK İFADƏLƏR
05 May 2025 “Dedi, bitkini yığmışam, evə gəlirəm” – Meşədə itən şəhid atasının qızı DANIŞDI
05 May 2025 Həftəsonu vətəndaşların bank kartlarından 46 min manatdan çox pul oğurlanıb
05 May 2025 Şəhid atası meşədə itkin düşdü
05 May 2025 Bakıda sakinlər evdə ola-ola bina söküldü - VİDEO
03 May 2025 Məzahir Pənahovun oğlu boşanmaq istəmir, qızılları da qaytarmır
03 May 2025 Sabiq məmurun nəvəsi qadına hücum edib? - Video
03 May 2025 Qarabağdakı kütləvi məzarlıqlar Avropa mediasının diqqətini cəlb edib
03 May 2025 DİN-dən çağırış: Təhlükə var, bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın

Xəbər lenti