Azərbaycanda qəbirstanlıqda məzarlar çökdü - qəbirlər başqa əraziyə köçürüldü

Bakı şəhəri, Xətai rayonunun Keşlə qəbiristanlığında bəzi qəbirlər çöküb, ətrafı isə dağılıb. Sakinlərin iddialarına görə, bir neçə gün əvvəl ərazidə partlayış səsi eşidilib.

Xəzər TV bildirir ki, bir ailənin üç üzvünün dəfn olunduğu ərazidə ciddi dağıntılar yaranıb. Torpağın altından yüksəktəzyiqli su kollektorunun səsi eşidilir, bəzi qəbirlər isə tamamilə itib.

Bakı Şəhər İcra Hakimiyyətinin baş mühəndisi və Keşlə qəbiristanlığının müdiri bu məsələ ilə bağlı açıqlama verməkdən imtina ediblər.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, illər öncə tullantı sularının axıdılması üçün nəzərdə tutulan kollektorun üzərində salınan qəbirlərdən biri torpaq aşınması səbəbindən dağılıb. İki qəbir isə hazırda dağıntı təhlükəsi ilə üz-üzədir. Bu məsələ ilə bağlı müvafiq orqanlara dəfələrlə müraciət olunduğu və ərazidə baxış keçirildiyi qeyd edilib.

Kollektorda hər hansı qəza hadisəsi baş vermədiyi, həmçinin xətdə rejim dəyişikliyinin olmadığı bildirilib. Problemin əsas səbəbi olaraq kollektorun üzərində qəbiristanlıq salınması göstərilib, bir neçə qəbir birbaşa magistral xəttin üzərinə düşüb.

Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidmət Trestindən isə qeyd edilib ki, yağış suları kollektorunda baş verən qəza nəticəsində torpaq qatında çökmə baş verib. Bu səbəbdən uzun illər öncə dəfn edilmiş şəxslərin məzarlarına ziyan dəyib. Trest tərəfindən təhlükəli zonada yerləşən daha beş məzarın digər əraziyə köçürülməsi təmin edilib. Hadisə ilə bağlı kollektorun balansdaşıyıcısına müraciət olunub.

12 May 2025 AZAL təyyarəsinin qəzasının səbəbi... - SON DƏQİQƏ
12 May 2025 Gəncədə yaşayış binasında partlayış - Ölən və xəsarət alan var
12 May 2025 Daha bir qanunsuz tikili söküldü - Foto
12 May 2025 Bank kartlarından oğurluq davam edir
12 May 2025 Xaricdə ələ keçirilən terrorçular Azərbaycana gətirilib
10 May 2025 Kartda pul saxlamaq artıq risklidir - Bank işçisi hər şeyi danışdı
09 May 2025 Bank kartlarından oğurluqlar davam edir
08 May 2025 DİN vətəndaşlara xəbərdarlıq etdi: “...bu, cinayət tələsidir!”
08 May 2025 Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu
08 May 2025 İcra Hakimiyyətinin əməkdaşları qəzaya düşdü - Yaralılar var
08 May 2025 Sumqayıtda emalatxanada partlayış - xəsarət alan var
07 May 2025 Şərurlu İsfəndiyar 1 milyon dollarlıq məhkəmə işində UDUZDU
07 May 2025 Terrora dəstək üçün pul yığdılar - DTX yaxaladı
06 May 2025 “Ağ Şəhər”də fəhlə hündürlükdən yıxılıb öldü
06 May 2025 Sabah 28 dərəcə isti olacaq
06 May 2025 Bu gecə də Sabunçu tuneli su ilə dolubmuş - Video
06 May 2025 Bakıda “Prius” ağır qəza törətdi - Ölən və yaralananlar var
05 May 2025 Bakıda “Nürnberq prosesi” – zərərçəkənlər erməniləri belə ifşa edir- ŞOK İFADƏLƏR
05 May 2025 “Dedi, bitkini yığmışam, evə gəlirəm” – Meşədə itən şəhid atasının qızı DANIŞDI
05 May 2025 Həftəsonu vətəndaşların bank kartlarından 46 min manatdan çox pul oğurlanıb

Xəbər lenti