Dövlət qurumunda korrupsiyaya görə 39 nəfər məsuliyyətə CƏLB EDİLİB

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “2022-2026-cı illər üçün korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamının və korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması ilə bağlı tələb və tapşırıqlarının icrasının təmin edilməsi məqsədilə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 2023-cü ilin may ayından etibarən korrupsiya hüquqpozmaların, neqativ halların qarşısının alınması və xidməti fəaliyyətdə şəffaflığın artırılması istiqamətində kompleks tədbirlər, o cümlədən normativ-hüquqi və maddi-texniki bazanın təkmilləşdirilməsi sahəsində ardıcıl tədbirlər davam etdirilməkdədir.

Qanunvericiliyin və normativ aktların tələblərini pozmuş vəzifəli şəxslər barəsində xidməti yoxlamalar aparılaraq 2023-cü ildə 78, ötən ildə 249, 2025-ci ilin birinci rübündə isə 39 əməkdaş barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülmüş, o cümlədən cari ildə 3 əməkdaş mənfi motivlə ehtiyata buraxılmış və əmək müqaviləsinə xitam verilmişdir. 2023-cü ildə 15 fakt üzrə 22, 2024-cü ildə 51 fakt üzrə 95, cari ildə isə 12 fakt üzrə 40 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

“Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 06.09.2023-cü il tarixli 2317 nömrəli Fərmanının icrası ilə əlaqədar müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı barəsində 4 yararlılıq kateqoriyası üzrə qərar qəbul edilmiş vətəndaşların yekun tibbi müayinəsi 01.07.2024-cü il tarixdən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilir. Tibbi şəhadətləndirmədə iştirak edən aidiyyəti qurumlar arasında məlumat mübadiləsinin mövcud elektron informasiya sistemlərinin inteqrasiya yolu ilə həyata keçirilməsi, Ölkə Başçısının tapşırığı ilə bütün proseslərin elektronlaşdırılması və optimallaşdırılması korrupsiya hallarının qarşısının alınmasında, obyektivliyin təmin edilməsində və şəffaflığın artırılmasında müsbət nəticələr verməkdədir.

Vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə daha çox proaktiv xidmətlərin göstərilməsi, onlarla əyani təmasın minimuma endirilməsi üçün müasir texnologiyaların imkanlarından maksimum yararlanmaq və gələcəkdə göstərilən bütün xidmətlərin elektron qaydada həyata keçirilməsi prioritet məsələlərdən biridir. Hazırda Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə “Vətəndaşın hərbi qeydiyyatda olması haqqında", “Vətəndaşın hərbi xidmət keçməsi barədə” müvafiq arayışların verilməsi elektron qaydada həyata keçirilir, həmçinin ilkin mərhələdə 6 növ arayışın “MyGov” mobil tətbiq üzərindən vətəndaşlara təqdim olunması istiqamətində işlərə başlanılmışdır. Bu baxımdan yeni qüvvəyə minmiş qanunvericilik aktlarına əsasən vətəndaşların hərbi vəzifələrinin icrası ilə bağlı özləri barədə məlumatlarla tanış olmaq, onları əldə etmək və dəyişdirilməsi üçün müraciət etmək, həmin məlumatlarda hər hansı dəyişikliklə bağlı məlumat almaq, müraciətləri elektron formada göndərmək, xidmətlərdən istifadə etmək və ödənişləri həyata keçirmək üçün Elektron Hökumət İnformasiya Sistemində xüsusi fərdi elektron səhifənin (elektron kabinet) yaradılması tövsiyə olunur.

09 May 2025 Bank kartlarından oğurluqlar davam edir
08 May 2025 DİN vətəndaşlara xəbərdarlıq etdi: “...bu, cinayət tələsidir!”
08 May 2025 Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu
08 May 2025 İcra Hakimiyyətinin əməkdaşları qəzaya düşdü - Yaralılar var
08 May 2025 Sumqayıtda emalatxanada partlayış - xəsarət alan var
07 May 2025 Şərurlu İsfəndiyar 1 milyon dollarlıq məhkəmə işində UDUZDU
07 May 2025 Terrora dəstək üçün pul yığdılar - DTX yaxaladı
06 May 2025 “Ağ Şəhər”də fəhlə hündürlükdən yıxılıb öldü
06 May 2025 Sabah 28 dərəcə isti olacaq
06 May 2025 Bu gecə də Sabunçu tuneli su ilə dolubmuş - Video
06 May 2025 Bakıda “Prius” ağır qəza törətdi - Ölən və yaralananlar var
05 May 2025 Bakıda “Nürnberq prosesi” – zərərçəkənlər erməniləri belə ifşa edir- ŞOK İFADƏLƏR
05 May 2025 “Dedi, bitkini yığmışam, evə gəlirəm” – Meşədə itən şəhid atasının qızı DANIŞDI
05 May 2025 Həftəsonu vətəndaşların bank kartlarından 46 min manatdan çox pul oğurlanıb
05 May 2025 Şəhid atası meşədə itkin düşdü
05 May 2025 Bakıda sakinlər evdə ola-ola bina söküldü - VİDEO
03 May 2025 Məzahir Pənahovun oğlu boşanmaq istəmir, qızılları da qaytarmır
03 May 2025 Sabiq məmurun nəvəsi qadına hücum edib? - Video
03 May 2025 Qarabağdakı kütləvi məzarlıqlar Avropa mediasının diqqətini cəlb edib
03 May 2025 DİN-dən çağırış: Təhlükə var, bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın

Xəbər lenti