Məşhur markanın cipslərində həyati təhlükə: Təcili şəkildə bazardan yığışdırılır - FOTO

Məşhur cips brendi “Ruffles”ın məhsulları bazardan təcili şəkildə yığışdırılır.

Xarici KİV xəbər verir ki, bu barədə Qida Standartları Agentliyi (FSA) məlumat yayıb.

Məhsulun həyati baxımdan təhlükəli olduğu üçün yığışdırıldığı bildirilib.

Məlum olub ki, “3D Trading” şirkəti tərəfindən satılan “Ruffles Sabor a Jamón Crisps” çiplərinin allergen tərkibi ingilis dilində göstərilməyib.

Bu çipslərin tərkibində süd və soya var, lakin bu məlumat qablaşdırmada yer almadığından, allergiyası olan insanlar üçün ciddi sağlamlıq riski yaradır. 

Cipsin 150 qramlıq paketlərdə olan bütün tarixlər üzrə bütün partiyaları Şimali İrlandiya və Şotlandiyada yığışdırılıb.

İstehlakçılar hətta qəbz təqdim etmədən də məhsulu aldıqları mağazaya qaytarmaqla pulunu tam şəkildə geri ala bilərlər. “Anaphylaxis UK” süd və soya allergiyası olan şəxslərə xəbərdarlıq edib. Allergik reaksiyalar yüngül səpgidən həyati təhlükə yaradan anafilaksiyaya qədər dəyişə bilər.

Ciddi simptomlara aşağıdakılar daxildir: Boğazda, dildə və ya tənəffüs yollarında şişkinlik, nəfəs almaqda çətinlik, xırıltılı nəfəs, baş gicəllənməsi, zəiflik hissi, solğun, nəmli dəri və huşunu itirmə.

 

 

 
09 May 2025 Bank kartlarından oğurluqlar davam edir
08 May 2025 DİN vətəndaşlara xəbərdarlıq etdi: “...bu, cinayət tələsidir!”
08 May 2025 Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu
08 May 2025 İcra Hakimiyyətinin əməkdaşları qəzaya düşdü - Yaralılar var
08 May 2025 Sumqayıtda emalatxanada partlayış - xəsarət alan var
07 May 2025 Şərurlu İsfəndiyar 1 milyon dollarlıq məhkəmə işində UDUZDU
07 May 2025 Terrora dəstək üçün pul yığdılar - DTX yaxaladı
06 May 2025 “Ağ Şəhər”də fəhlə hündürlükdən yıxılıb öldü
06 May 2025 Sabah 28 dərəcə isti olacaq
06 May 2025 Bu gecə də Sabunçu tuneli su ilə dolubmuş - Video
06 May 2025 Bakıda “Prius” ağır qəza törətdi - Ölən və yaralananlar var
05 May 2025 Bakıda “Nürnberq prosesi” – zərərçəkənlər erməniləri belə ifşa edir- ŞOK İFADƏLƏR
05 May 2025 “Dedi, bitkini yığmışam, evə gəlirəm” – Meşədə itən şəhid atasının qızı DANIŞDI
05 May 2025 Həftəsonu vətəndaşların bank kartlarından 46 min manatdan çox pul oğurlanıb
05 May 2025 Şəhid atası meşədə itkin düşdü
05 May 2025 Bakıda sakinlər evdə ola-ola bina söküldü - VİDEO
03 May 2025 Məzahir Pənahovun oğlu boşanmaq istəmir, qızılları da qaytarmır
03 May 2025 Sabiq məmurun nəvəsi qadına hücum edib? - Video
03 May 2025 Qarabağdakı kütləvi məzarlıqlar Avropa mediasının diqqətini cəlb edib
03 May 2025 DİN-dən çağırış: Təhlükə var, bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın

Xəbər lenti