Dağ yolları ilə qaçan Balasanyan İrəvanda meydanda görünüb

O, Azərbaycanda “qəddar qatil”, Ermənistanda isə “satqın xain” kimi tanınır

Ötən şənbə günü İrəvandakı Azadlıq meydanında Qarabağdan köçüb gələn ermənilərin mitinqi keçirilib. Mitinqin sonlarına yaxın ərazidə qondarma “artsax təhlükəsizlik şurasının keçmiş katibi”, Xocalı qatili Vitali Balasanyan da gözə dəyib.

Modern.az “Hraparak”a istinadən xəbər verir ki, mitinq iştirakçıları V.Balasanyandan “artsax”ın süqutu ərərfəsində azərbaycanlılarla hansı danışıqlar apardığına aydınlıq gətirməsi üçün izahat tələb ediblər.

“Hraparak” xatırladıb ki, 44 günlük müharibədən sonra Rusiya sülhməramlı komandanlığı ilə isti münasibətdə olan V.Balasanyan azərbaycanlılarla danışıqlara cəlb olunub. Qarabağ erməniləri Balasanyanı müharibədən iki il sonra Fərrux yüksəkliyini təhvil verməkdə ittiham edirdi. Balasanyan deyib ki, bu məsələ ilə heç bir əlaqəsi yoxdur və ittihamların ünvanı o deyil.

Xocalı qatilinin sözlərinə görə, “qoşunların” Fərruxdan  çıxarılması barədə göstərişi o deyil, “artsax ordusunun komandanı” Kamo Vardanyan verib.

V.Balasanyan terroru sevən, türklərin düşməni olan və həddindən artıq qəddar erməni zabiti kimi ad çıxarıb. O, Xocalı qətliamını törədənlərdən biridir.

Azərbaycan Ordusu 2023-cü ilin sentyabrında Qarabağda separatçılara qarşı antiterror əməliyyatları keçirəndə Balasanyan Əsgəranda gizlənmişdi. Sentyabrın 28-də isə o, Qarabağı tərk edərək gizli yollarla Ermənistana qaçıb.

Ermənistan mətbuatı onun dağ yolları ilə qaçmağa müvəffəq olduğu barədə məlumat yayıb. İddiaya görə, Balasanyan gizli dağ yolları ilə piyada getdiyinə görə Ermənistana yalnız oktyabrın ilk ongünlüyündə çata bilib.

“Yeni Musavat” bu informasiyaya əlavə olaraq bildirir ki, Balasanyan qəhrəman həmvətənimiz Natiq Qasımovun əsir götürüldükdən sonra dindirilməsi prosesində də iştirak edib. Həmin dindirilmədən çəkilmiş şəkillərdə mərkəzdə oturmuş gənc zabitin Vitali Balasanyan olduğu eynəksiz, lupasız da aydın görünür.

Ancaq V.Balasanyan sonradan bu şəkili ona göstərərək Natiq Qasımovun taleyi barədə soruşan italyan jurnalistə “şəkildəki mən deyiləm”, - deyə həyasızcasına yalan söyləmişdi. Bu şəxs Natiq Qasımovun başına nə gəldiyini bilən azsaylı hərbi vəzifəlilərdən biridir.

09 May 2025 Bank kartlarından oğurluqlar davam edir
08 May 2025 DİN vətəndaşlara xəbərdarlıq etdi: “...bu, cinayət tələsidir!”
08 May 2025 Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu
08 May 2025 İcra Hakimiyyətinin əməkdaşları qəzaya düşdü - Yaralılar var
08 May 2025 Sumqayıtda emalatxanada partlayış - xəsarət alan var
07 May 2025 Şərurlu İsfəndiyar 1 milyon dollarlıq məhkəmə işində UDUZDU
07 May 2025 Terrora dəstək üçün pul yığdılar - DTX yaxaladı
06 May 2025 “Ağ Şəhər”də fəhlə hündürlükdən yıxılıb öldü
06 May 2025 Sabah 28 dərəcə isti olacaq
06 May 2025 Bu gecə də Sabunçu tuneli su ilə dolubmuş - Video
06 May 2025 Bakıda “Prius” ağır qəza törətdi - Ölən və yaralananlar var
05 May 2025 Bakıda “Nürnberq prosesi” – zərərçəkənlər erməniləri belə ifşa edir- ŞOK İFADƏLƏR
05 May 2025 “Dedi, bitkini yığmışam, evə gəlirəm” – Meşədə itən şəhid atasının qızı DANIŞDI
05 May 2025 Həftəsonu vətəndaşların bank kartlarından 46 min manatdan çox pul oğurlanıb
05 May 2025 Şəhid atası meşədə itkin düşdü
05 May 2025 Bakıda sakinlər evdə ola-ola bina söküldü - VİDEO
03 May 2025 Məzahir Pənahovun oğlu boşanmaq istəmir, qızılları da qaytarmır
03 May 2025 Sabiq məmurun nəvəsi qadına hücum edib? - Video
03 May 2025 Qarabağdakı kütləvi məzarlıqlar Avropa mediasının diqqətini cəlb edib
03 May 2025 DİN-dən çağırış: Təhlükə var, bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın

Xəbər lenti