Sükan arxasında siqaretə narkotik maddə dolduran sürücü açıqlama verib.

 

Yol-xeber.az Xezerxeber.az-a istinadən məlumatına görə, Masallı sakini olan 34 yaşlı İlkin Tağıyev əməlini etiraf edib. O, sükan arxasında siqaretə qurudulmuş marixuana dolduraraq hazır vəziyyətə gətirdiyini deyib.

Sərnişinlərin həyatını təhlükəyə atan İ. Tağıyev bir neçə ildir ki, narkotik maddə aludəçisidir. O, avtobusda sərnişin olan zaman narkotik qəbul etmədiyini desə də, tibbi müayinə zamanı sürücünün içki və narkotik vasitənin təsiri altında olması aşkarlanıb və bu barədə protokol tərtib edilib.

Araşdırma zamanı o da məlum olub ki, İlkin Tağıyev bu ilin aprel ayının 9-dan etibarən sürücülük hüququndan məhrum edilib.

Qeyd edək ki, İ. Tağıyev 202 saylı marşrut avtobusunun məxsus olduğu “Çinar Trans” MMC- şirkətində müqavilə əsasında işləyib. Onun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 1 ay müddətinə inzibati qaydada həbs verilib və yenidən 1 il müddətində sürücülük hüququndan məhrum olunub.

Eyni zamanda, bütün bu hallara göz yuman 202 saylı avtobusun kolon rəisi, Bakı şəhər sakini Oktay Qurbanov da saxlanılıb. Kolon rəisi İlkin Tağıyevin işə yeni qəbul olunduğunu və həkim yoxlamasından keçdiyini deyir. Hadisə ilə bağlı O. Qurbanov bölməyə dəvət edilərkən polisə müqavimət göstərdiyi üçün onun barəsində də 15 gün inzibati həbs qərarı verilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

09 May 2025 Bank kartlarından oğurluqlar davam edir
08 May 2025 DİN vətəndaşlara xəbərdarlıq etdi: “...bu, cinayət tələsidir!”
08 May 2025 Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu
08 May 2025 İcra Hakimiyyətinin əməkdaşları qəzaya düşdü - Yaralılar var
08 May 2025 Sumqayıtda emalatxanada partlayış - xəsarət alan var
07 May 2025 Şərurlu İsfəndiyar 1 milyon dollarlıq məhkəmə işində UDUZDU
07 May 2025 Terrora dəstək üçün pul yığdılar - DTX yaxaladı
06 May 2025 “Ağ Şəhər”də fəhlə hündürlükdən yıxılıb öldü
06 May 2025 Sabah 28 dərəcə isti olacaq
06 May 2025 Bu gecə də Sabunçu tuneli su ilə dolubmuş - Video
06 May 2025 Bakıda “Prius” ağır qəza törətdi - Ölən və yaralananlar var
05 May 2025 Bakıda “Nürnberq prosesi” – zərərçəkənlər erməniləri belə ifşa edir- ŞOK İFADƏLƏR
05 May 2025 “Dedi, bitkini yığmışam, evə gəlirəm” – Meşədə itən şəhid atasının qızı DANIŞDI
05 May 2025 Həftəsonu vətəndaşların bank kartlarından 46 min manatdan çox pul oğurlanıb
05 May 2025 Şəhid atası meşədə itkin düşdü
05 May 2025 Bakıda sakinlər evdə ola-ola bina söküldü - VİDEO
03 May 2025 Məzahir Pənahovun oğlu boşanmaq istəmir, qızılları da qaytarmır
03 May 2025 Sabiq məmurun nəvəsi qadına hücum edib? - Video
03 May 2025 Qarabağdakı kütləvi məzarlıqlar Avropa mediasının diqqətini cəlb edib
03 May 2025 DİN-dən çağırış: Təhlükə var, bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın

Xəbər lenti