Sərnişin avtobusu minik maşını ilə toqquşdu: yaralılar var
Faktla bağlı araşdırma aparılır

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib. Yol-xeber.az-ın APA-ya istinadən məlumatına görə, hadisə axşam saatlarında Təbriz küçəsində baş verib. “Opel” markalı minik maşını sərnişinsiz dayanıqlı vəziyyətdə olan 8 saylı şəhərarası marşrut xətti üzrə işləyən sərnişin avtobusuna çırpılıb.

İlkin məlumata görə, hadisə nəticəsində biri azyaşlı olmaqla 3 nəfər xəsarət alıb.

Yaralılar ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb.

 

Müayinə zamanı bir nəfərin - 1964-cü il təvəllüdlü, minik maşınının sürücüsü Məmmədov Vəli Əziz oğlunun xəsarətinin ciddi olduğu məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti