![]() |
|
İnsanda koronavirusa qarşı daha güclü immunitet ya o xəstəliyi təbii üsulla keçirdikdə ya da peyvənd edildikdən sonra üzə çıxır.
Bu barədə “Sputnik” radiosuna müsahibəsində Rusiya Səhiyyə Nazirliyinin N.F.Qamaleya adına Epidemiologiya və mikrobiologiya Mərkəzinin virusoloqu Aleksandr Butenko danışıb.
O qeyd edib ki, immunitet orqanizmin infeksiyaya qalib gəlməsindən sonra və vaksinləmənin köməyi ilə meydana çıxır.
"İnsanlar immuniteti ya hər hansı bir şəkildə yoluxma nəticəsində əldə edirlər: əlamətsiz, yüngül, orta dərəcədə və ya bir peyvəndin köməyi ilə - mexanizm eynidir", - deyə virusoloq izah edib.
Butenko qeyd edib ki, peyvəndin testləri vaksinləmədən sonra antitel səviyyəsinin təbii olaraq xəstələnənlərdən daha yüksək olduğunu göstərib. Ancaq mütəxəssis əlavə edib ki, bu yeganə göstərici deyil.
"Ölkə.Az" bildirir ki, Niderlandlı fotoqraf Jan Butterin Cənubi Afrikada lentə aldığı şəkillər maraq doğurub. Fotolarda iri timsahın balaca timsahı yeməsi əks olunub.
Kadrlar Kruger milli parkında çəkilib. Fotoqrafın çəkdiyi şəkillər birmənalı qarşılanmayıb. Əksəriyyət bunu anormallıq qəbul edib. Hətta, bunu insanlığın hazırki durumu və zəmanəylə belə əlaqələndirənlər olub. Fotolara "Timsahın timsahı yediyi zəmanədəyik...", "İnsanlar da belədir, güclü zəifi yeyir", "Aclıq insana hər şey etdirir" kimi şərhlər yazılıb.
Azmedia.az-a istinadən görüntüləri təqdim edirik:
“Gələn il Azərbaycanda koronavirusla mübarizə tədbirlərinin gücləndirilməsi üçün 261 milyon manat vəsait ayrılacaq”.
Bunu parlamentin bu gün keçirilən iclasında Maliyyə naziri Samir Şərifov deyib.
Onun sözlərinə görə, hərbi qulluqçuların mənzillə təmin olunmasına isə 35 milyon vəsait yönəldiləcək.
Oxu.az xəbər verir ki, həmin görüşdə hərbçilərlə səmimi söhbət edən İ.Əliyev deyib ki, bu qələbə Azərbaycan əsgərinin sayəsində qazanılıb. Eyni zamanda əsgərlər də Ali Baş Komandanla fəxr etdiklərini dilə gətiriblər.
Görüşdə Birinci vitse-prezident Mehriban Əliyeva da iştirak edib.
Hərbçilərdən biri görüşü telefonla çəkib.
Həmin görüntünü təqdim edirik:
44 gün davam edən və Azərbaycanın möhtəşəm zəfəri ilə başa çatan şanlı qələbədə hər bir Azərbaycan əsgərinin rolu danılmazdır.
Vətənimizin bütövlüyü uğrunda yağı düşmənə qarşı apardığımızı haqq savaşında Azərbaycanın mərd oğulları canını, qanının son damlasını belə verməkdən çəkinmədilər. Bu yolda ya şəhid, ya qazı oldular, xalqımıza uzun illər həsrətində olduğumuz zəfəri daddırdılar.
Baku TV şanlı ordumuzun əsgərlərinə baş çəkmək üçün işğaldan azad edilmiş torpaqlarımıza yollanıb, vətənimizin keşiyində dayanan igid oğullarla söhbətləşib.
Daha ətraflı Baku TV-nin videosüjetində:
28 ildən sonra Şuşada konsert təşkil olunub.
Bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb.
Şuşa şəhərinin işğaldan azad edilməsindən sonra ilk dəfə hərbçilərimiz üçün konsert təşkil olunub.
Cıdır düzündə qurulan səhnədə xanəndələr çıxış edib, muğam oxuyublar.
Həmin görüntüləri təqdim edirik:
Keçən hər gün tarixə dönür. Amma tarixə yazılan günlərin hamısı yaddaqalan olmur. Elə günlər var ki, unudulub gedir, elələri də var ki, onlar heç vaxt unudulmur. Xalq olaraq keçdiyimiz Vətən müharibəsi. Belə günləri unudulmaz edən qəhrəman şəhidlərdir! Bu qəhrəmanlardan biri də Masallı rayonunun Mahmudavar kənd sakini Röyad Məmmədovdur.
Baku TV xəbər verir ki, şəhidimizin arzusu ali təhsil alıb vətəninə xidmət etmək idi. Xəyallarının bir addımlığında hərbi xidmətə yollanan R.Məmmədov 20 yaşında şəhadət zirvəsinə yüksəldi.
R.Məmmədov 2018-ci ildə Tovuz rayonunda N saylı hərbi hissədə həqiqi hərbi xidmətə çağırılır. Vətən müharibəsinin başlandığı ilk gündən isə döyüşlərə qatılır. Füzuli, Xocavənd rayonlarının işğaldan azad olunmasında fəal iştirak edən igidimiz Laçın dəhlizində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olur.
O, minaatanlardan atılan atəş nəticəsində qəlpə yarası alaraq, vətənimizin haqq savaşında canından keçib.
Qeyd edək ki, Röyad Məmmədov ölümündən sonra Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamıyla “Vətən uğrunda” medalı ilə təltif olunub.
"Ölkə.Az" report-a istinadən xəbər verir ki, söhbət rəşadətli Azərbaycan Ordusunun hərbi qulluqçusu Qasımov Afiq Vaqif oğlundan gedir.
A.Qasımov 14 fevral 1988-ci ildə Tovuz rayonunun Dondarquşçu kəndində anadan olub. O, 2006-2007-ci illərdə Naxçıvan Muxtar Respublikasında həqiqi hərbi xidmət keçib.
Hələ uşaqlıqdan hərbçi olmaq arzusunda olan Afiqin bu istəyi sonradan reallaşıb və Vətənin işğal altındakı torpaqlarının azadlığı uğrunda döyüşənlərdən biri kimi adını tarixin şanlı səhifəsinə həkk edib.
A.Qasımov xidmətini 2014-cü ildən manqa komandiri kimi davam etdirməyə başlayıb və 2015-ci ildə kiçik çavuş, növbəti ildə isə çavuş rütbəsini alıb.
O, Aprel döyüşləri vaxtı qəhrəmancasına xidmət edənlərdən olub. 28 fevral 2020-ci ildən Divizion İdarəetmə tağımının hesablayıcı manqa komandiri/baş operator vəzifəsini icra edir. 2020-ci ilin iyul ayında Tovuz döyüşlərində də topda əsas hesablayıcılardan biri olub. Şəhid generalımız, Milli Qəhrəman Polad Həşimovu sonuncu görən hərbçilərimizdəndir.
“Caliber” layihəsi “Atəş xəttində: 11-ci buraxılış” adlı növbəti təhlilini təqdim edib.
Bu barədə layihənin “YouTube” kanalında video yerləşdirilib.
Layihənin müəllifi Heydər Mirzə həmsöhbəti ilə dekabrın 10-da paytaxt Bakıda Vətən Müharibəsində qələbəyə həsr olunmuş Zəfər paradı və orada iştirak etmiş hərbi birləşmələri müzakirə edib.
Müzakirənin əsas mövzusu İkinci Qarabağ müharibəsində öz peşəkarlığı ilə fərqlənmiş Azərbaycanın xüsusi təyinatlı hərbi birləşmələri olub.
Şəhid, baş leytenant Ruslan Bayramov düşmənin qorxulu röyası olan qəhrəmanlarımızdandır.
Quba rayonunun Əlibəyqışlaq kəndindən olan R.Bayramov tək başına düşmənin 100-ə yaxın canlı qüvvəsini, 63 texnikasını sıradan çıxarıb.
Şəhidin atası Azər Bayramov bildirir ki, Ruslanın döyüş yoldaşları onun Hadrut və Xocavənd ətrafındakı yüksəkliklərin ələ keçirilməsində böyük şücaəti olduğunu deyiblər:
“Ən son isə o, Şuşanın alınması uğrunda gedən döyüşlərdə iştirak edib. Elə bu döyüşlərdə snayper gülləsinə tuş gələrək şəhid olub”.
Ailə üzvləri deyir ki, R.Bayramov öz istəyi ilə hərb sənətini seçib və bu istiqamətdə təhsil alıb.
Qeyd edək ki, R.Bayramovun qardaşı hazırda hərbi xidmətdədir. Qəhrəmanımızın üzünü belə görmədiyi bir qız övladı var. O, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.