Hacı Zeynalabdin Tağıyevin vəfatından 96 il ötür
Bu gün Azərbaycanın görkəmli ictimai xadimi, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyevin vəfatından 96 il ötür.

Hacı Zeynalabdin Tağıyev 1823-cü ildə Bakıda kasıb başmaqçı ailəsində anadan olub. O, kiçik yaşlarında fəhləlik edib, 15 yaşından bənnalığa başlayıb. Bir müddətdən sonra tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayır. Müəyyən qədər vəsait toplayaraq artıq 20 yaşında ev tikintisi və daşyonma işləri təşkil edir. Özünün sonrakı tikinti işlərinə də şəxsən nəzarət edirdi.

Tikdirdiyi binalarda, məsələn, özünün yaşadığı binada və şəxsən açdırdığı Qızlar gimnaziyasının binasında onun dəsti-xətti hiss edilir.

Sonradan o özünü ticarətdə və yüngül sənayedə də sınayır. Hər ikisində qabiliyyəti ilə uğur qazanır, dükanlara və manufakturaya sahib olur. O, həm də Bakı neftini, Xəzər dənizi və Qafqaz dəmir yolu vasitəsilə ixrac edən ən böyük sahibkarlardan idi. Məqsədyönlü tədbirləri nəticəsində Tağıyev Azərbaycan iqtisadiyyatının müstəmləkə xarakterinə zərbə vuran, onu sındıran ilk milli sənayeçiliərdən idi. Hacı Zeynalabdin Tağıyev Azərbaycanın görkəmli ictimai xadimi olmaqla yanaşı, həm də ölkənin neft sənayesinin banilərindən biridir.

1870-ci ildə Tağıyevin artıq iki qazanxanadan ibarət kerosin zavodu var idi. Kerosin zavodu ilə yanaşı o sonradan “Hacı Zeynalabdin” şirkətini yaradır. Onu Bakıdakı müsəlman, rus, erməni və yəhudi cəmiyyəti xeyriyyələrinin hamısı özlərinə fəxri sədr seçmişdilər. Bu dövrlərdə Bakı əsl neft səltənətinə çevrilmişdi. Bakı ətrafındakı kəndlərdə torpaqlar Rusiyadan və xaricdən gəlmiş sərmayədarlar tərəfindən alınıb, kəndlərdə neft buruqları ucaldılırdı. Bu Hacını da maraqlandırır və tikintini buraxaraq, neft hasilatı ilə məşğul olur.

1872-ci ildə neftli torpaqlar hərraca qoyulduqda Tağıyev də torpaq payı icarəyə götürür. Ümidini heç zaman itirməyən Tağıyev, nəhayət, arzusuna çatır. Götürdüyü torpaqdan neft fəvvarə vurur. “H.Z.Tağıyev” adlandırdığı neft şirkətini qeydiyyata aldıran Zeynalabdin mədənində ustalara yüksək maaş verir, ən yeni avadanlıq quraşdırır. Nəticədə onun gəlirləri sürətlə artmağa başlayır. Bundan sonra o həm də neft zavodları alır. 1896-cı ildə onun neft şirkəti hasilatda ən yüksək göstəriciyə nail olur. 32 milyon pud (512 min ton) neft hasil edir.

Hacı Zeynalabdin Tağıyev 1901-ci ildə 300 min manatlıq vəsait sərf edərək, Bakıda ilk Qızlar məktəbi tikdirir. Bu bütün Zaqafqaziyada yeganə qızlar məktəbi idi. Binanı 1898-ci ildə tikməyə başlayırlar və 1900-cü ildə hazır olur. Qızlar məktəbinin binası Azərbaycan memarlığının milli-romantik üslubunda tikilib. Əsas fasaddakı divar bir cərgə ağ, digər cərgə isə qızılı daşdan hörülüb.

Sovet Rusiyasının 28 aprel 1920-ci ildə Azərbaycanı işğal etməsi ilə vəziyyət kökündən dəyişir.

İnsanların mülküyyəti əlindən alınır, milli kadrlar və ziyalılar təqib edilməyə başlanır, hər şey Rusiyanın maraqlarına yönəlir. Yerli əhalinin xahişi ilə yeni hakimiyyətin rəhbərlərindən biri olan Nəriman Nərimanovun göstərişi ilə Tağıyevə mülk seçmək imkanı verilir. O əlindən alınmış keçmiş mülkiyyətlərindən ancaq Mərdəkandakı bağ evini seçir.

1924-cü il sentyabr ayının 1-də vəfat edən Tağıyev öz vəsiyyətinə uyğun olaraq Mərdəkan qəsəbəsində torpağa tapşırılıb.

Hacı Zeynalabdin Tağıyev Azərbaycan xalqının tarixinə milli kadrların hazırlanmasına böyük təsiri olan bir xeyriyyəçi və milyonçu kimi daxil olub. Tağıyev ölkəmizdə incəsənət, jurnalistika və təhsilin qurulmasına və inkişaf etdirilməsinə yardım göstərirdi. 

Neft işi ilə məşğul olduqdan sonra ölkəsinin ən varlı insanlarından birinə çevrildi. Çox sayda imkansız uşağın təhsil haqqını verib, onları oxutdu. Məktəblərə yardım etdi. Bakıda ilk sənət məktəbini açdı. Qubadan Bakıya su kəməri çəkdirdi. Mərdəkanda elektriklə işləyən dəyirman tikdirdi. Bu, Hacı Zeynalabdin Tağıyevin millətimiz üçün gördüyü işlərin yalnız bir qismidir. Onun Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri qızları təhsilə cəlb etməsidir.Sabah Bakıda və Abşeron yarımadasında havanın günəşli olacağı gözlənilir. ETSN Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən məlumata görə, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 28-33, Bakıda gecə 21-23, gündüz 31-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil Abşeron çimərliklərində mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti təşkil edəcək. Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərzilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq. Tibbi-meteoroloji proqnoza görə, sentyabrın 1-2-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

İnsanların çipləşməsinin qiyməti açıqlanıb
Amerikalı biznesmen və ixtiraçı İlon Mask insanın kəllə sümüyünə implantasiya üçün “Link” cihazının təqdimatı zamanı çiplənmənin təxmini qiymətini açıqlayıb.

REN TV-nin məlüumatına görə, o, qiymətin əvvəlcə çox yüksək olacağını, lakin tezliklə düşəcəyini bildirib.

“Avtomatik rejimdə əməliyyatlar da daxil olmaqla onun dəyərinin bir neçə min dollara qədər enməsini istərdik”, - deyə Mask bildirib.

Onun sözlərinə görə, “Neuralink” şirkətindən olan ixtiraçılar əməliyyat üçün sistemin tam avtomatlaşdırılacağını, cihazın varlığının isə digər insanlar üçün görünməz olacağını gözləyirlər.

Çipin özü böyük dəmir pul ölçüsündə olacaq. Onun beynin fəaliyyətinə, o cümlədən müxtəlif pozğunluqların müalicəsinə təsir edəcəyi planlaşdırılır.

Qeyd edək ki, Mask bundan əvvəl beyin çipinin yaradılması ilə bağlı uğurlarını bölüşmüşdü. Belə ki, çipin prototipi və avtomatlaşdırılmış implantasiya üçün təkmilləşdirilmiş robot modeli iki donuzda uğurla sınaqdan keçirilib. Cihaz alimlərə heyvanın beyninin toxunma mərkəzlərinin fəaliyyətini və donuzun burnu ilə nəyə toxunduğunu simsiz rabitə kanalı vasitəsilə izləməyə imkan verib.

Bildirilir ki, çip insanda baş beynin və ya onurğa beyninin işinin pozulduğu epilepsiya, iflic və digər xəstəliklərlə mübarizə aparmağa imkan verəcək.

Alimlər koronavirusdan qorunmaq üçün sosial məsafə məsələsini tənqid etdilər
Britaniyalı alimlər koronavirusdan qorunmaq üçün sosial məsafəyə riayət etmək barədə tövsiyələri kəskin tənqid ediblər.

Bu barədə “Independent” xəbər yayıb.

Onların sözlərinə görə, koronavirusun yayılmasının qarşısını almaq və qorunmaq üçün iki metr məsafə saxlamaq barədə tövsiyələr 1940-cı illərə aid köhnəlmiş elmi məlumatlara əsaslanır.

Mütəxəssislər hesab edirlər ki, sosial məsafə barədə göstərişlər pandemiya tədbirlərinin mərkəzi elementi olmamalıdır və COVID-19 ilə mübarizə qaydalarını tərtib edərkən fərqli şərtlərə baxmaq lazımdır.

“Viral hissəciklərin yayılmasına hava axını da daxil olmaqla bir çox amillər təsir edir”, - deyə alimlər bildiriblər.

Onların sözlərinə görə, tövsiyələr üçün bir sıra faktorlar - fəaliyyət növü, şərtlər (açıq və ya qapalı məkan), ventilyasiya səviyyəsi, maska taxmaq, həmçinin kontakt müddəti, insanın infeksiyaya həssaslığı və ötürücünün virus yükü nəzərə alınmalıdır.

Bütün bu məlumatlara əsasən pandemiyanın qarşısını almaq üçün kompleks yanaşma qurmaq olar.

Alimlər daha çevik göstərişlərin normal həyata qayıtmağa imkan verə biləcəyini və ölkələrin iqtisadiyyatının bərpasına şərait yaradacağını vurğulayıblar.

“Facebook”un səhmləri ilk dəfə 300 ABŞ dolları həddini ötüb

Dünyanın ən böyük sosial şəbəkəsini idarə edən “Facebook” İnc.” şirkətinin səhmləri ötən gün hərraclar zamanı 8,2 faiz bahalaşaraq 303,91 ABŞ dollarından satılıb.
Adıçəkilən şirkətin dəyəri ilin əvvəlindən 48 faiz artıb.
Eyni müddət ərzində "S&P" 500 indeksi 7,7 fazə yüksəlib.

Bakıda fantastik qiymətə villa satılır
Azərbaycanın əmlak bazarında olduqca baha qiymətə bağ evləri və villaların satışına rast gəlinir.

"MediaPost” xəbər verir ki, bu dəfə əmlak alqı-satqısı ilə məşğul olan saytlardan birində yerləşdirilən elan böyük marağa səbəb olub.

Belə ki, elanda birbaşa dənizə çıxışı olan villa satışa çıxarılıb.

Şüvalan qəsəbəsində yerləşən villa fantastik qiymətə - 13 milyon manata təqdim olunub. Elandakı məlumata görə, sözügedən villa qayanın üstündə yerləşir və birbaşa dənizə çıxışı var. 

Eyni zamanda 1 hektar torpaq sahəsi olan villanın içərisində hovuz, idman zalı, kinoteatr, stadion, qonaq evi, mühafizəçi evi, yaşayış evi mövcuddur. Villanın fantastik qiymətə satışa çıxarılması insanlar tərəfindən böyük maraqla qarşılanıb. 

Bəzi sosial şəbəkə istifadəçiləri villanı otellə müqayisə ediblər, digərləri isə indiyədək Bakıda belə ev görmədiklərini bildiriblər.

Polad Həşimovla bağlı xatirələr kitab oldu
Şəhid general-mayor Polad Həşimovla bağlı xatirə kitabı hazırlanıb.

Baku TV xəbər verir ki, xatirələrdən ibarət kitabın ilk nəşri 2000 tirajla çap olunacaq və sıravi oxuculara və bir çox dövlət qurumlarına pulsuz paylanacaq. 

Kitabı ərsəyə gətirən “Hədəf” nəşrlərinin direktoru Səbuhi Şahmursoy xatirələri qələmə alarkən heç kimdən mənfi bir rəy eşitmədiyini bildirib:

“Kitab artıq hazırlanıb və çapa verilib. Gələn həftənin ilk günlərindən kitabın ödənişsiz şəkildə paylanılması nəzərdə tutulur”.

“Qarabağdan danışaq” layihəsi başlayır

Diasporla İş üzrə Dövlət Komitəsi  dünya azərbaycanlılarını Qarabağ müharibəsinin mülki əhaliyə vurduğu ziyanla bağlı daha müfəssəl məlumatlandırmaq üçün “Qarabağdan danışaq” adlı yeni layihəyə start verir. 

“Qafqazinfo” xəbər verir ki, Diaspor TV-də yayımlanacaq layihə çərçivəsində Qarabağın mülki əhalisinin başına gətirilən müsibətlər lentə alınacaq. Layihənin özəlliyi odur ki, işğal olunmuş rayonlardan olan insanlar baş verənləri danışacaq, onların çıxışları heç bir montaj prosesindən keçmədən, olduğu kimi yayımlanacaq və arxivləşdiriləcək.

İngilis dilində qaçan sətirlərlə yayımlanması nəzərdə tutulan videomateriallar gələcəkdə tarixi araşdırmalar üçün mühüm mənbə rolunu oynaya bilər.

 

 

Bunlar ürəyi vaxtsız qocaldır

Son illərdə ürək xəstəliklərinin yaşı olduqca azalıb.
Həmkimlər bu durumun qeyri-sağlam qidalanma ilə birbaşa əlaqəli olduğu qənaətindədirlər. Mütəxəssislər son zamanlar geniş yayılan və gənclərin daha çox istifadə etdiyi içkilər və qidalarla bağlı həyəcan təbili çalıb.
"Ürəyiniz sizdən daha yaşlı ola bilər. Məsələn, qeyri-sağlam qidalanan, hər gün enerji içkiləri qəbul edən, idmandan uzaq olan, siqaretdən istifadə edən 35 yaşlı gəncin ürəyi 55-60 yaşlarındadır. Tam əksinə, bioloji yaşı 56 olan, ancaq qidalanmasına və həyat tərzinə diqqət edən bir insanın ürək yaşı 40-dan artıq deyil" deyə, elm adamları açıqlayıb.axşam.az

Koronavirusa yoluxmanın qarşısını alan

ABŞ-ın Kolorado Universitetinin mexaniki mühəndislik üzrə professoru Şelli Miller qapalı məkanlarda koronavirus infeksiyasının qarşısını almaq üçün təsirli üsul ortaya qoyub.
Publika.az xəbər verir ki, tədqiqatçının fikrincə, ağır havadan xilas olmaq üçün otağı düzgün havalandırmaq lazımdır.

Virus evdəki havaya daxil olarsa, patogeni çıxarmağa və ya havalandırmağa cəhd edə bilərsiniz. İçəridə bir neçə nəfər varsa, hava normal olaraq hər saatda 6 dəfə təzələnməlidir. Bu göstərici havanın mübadiləsinin sürəti adlanır. Ticarət binalarında hava istilik, havalandırma və kondisioner sistemləri, yaşayış binalarında isə açıq pəncərə, qapı və çatlar vasitəsilə dəyişdirilir, ötürülür.
Pandemiya vəziyyətində evlər və məkanların havası tez-tez dəyişilməlidir. 2016-cı ildə aparılan araşdırmada məlum olub ki, hava mübadiləsi saatda 9 dəfə dəyişilməlidir. Bu eksperiment Honkonq xəstəxanasında SARS, MERS və H1N1-in yayılmasının azalmasına kömək etdiyini göstərib. Bununla birlikdə, ABŞ və digər ölkələrdə, xüsusən də məktəblərdə bir çox bina tövsiyə olunan havalandırma qaydalarına cavab vermir. Bu vəziyyətdə Miller pəncərə və qapıları açıq saxlamağı məsləhət görür.

Otaqda hava mübadiləsi səviyyəsinin koronavirusun yayılmasının qarşısını almaqda optimal olub-olmadığını öyrənmək üçün karbon qazının konsentrasiyasını təyin edə bilərsiniz. Küçədə karbon qazının miqdarı milyon başına 400 hissədən çoxdur (ppm), yaxşı havalandırılan yerlərdə isə milyon başına 800 hissədir. Millerin fikrincə, koronavirusa yoluxmamaq üçün konsentrasiyası 600 ppm-dən aşağı olmalıdır. Konsentrasiyanı təyin etmək üçün 50 ppm dəqiqliklə karbon qazı sensorlarından istifadə edə bilərsiniz. (publika.az)

Azərbaycan manatının dövriyyəyə buraxılmasından 28 il ötür

Bu gün Azərbaycan manatının dövriyyəyə buraxılmasından 28 il ötür.
Milli pul vahidi olan manat 15 avqust 1992-ci ildə dövriyyəyə buraxılıb.

Manatın ilk eskizlərinin müəllifi Eldar Mikayılzadədir.

İlk mərhələdə - 1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq, noyabrında 5, 10, 20 və 50 qəpiklik, dekabrda 5 manatlıq, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manatlıq pul vahidləri dövriyyəyə buraxılıb.

Azərbaycan Respublikasının birinci pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilib.
Prezident İlham Əliyev tərəfindən 7 fevral 2005-ci il tarixində “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” imzalanmış fərmana uyğun olaraq 2006-cı il yanvarın 1-dən etibarən yeni nəsil pul nişanları dövriyyəyə buraxılıb.

Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Manatın emissiyası və tədavüldən çıxarılması hüququ yalnız dövlətin müstəsna mülkiyyətində olan Mərkəzi Banka məxsusdur.

Yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulmuşdu.

Xəbər lenti