![]() |
|
Artıq “WhatsApp” istifadəçiləri Android əməliyyat sistemi ilə təchiz edilmiş cihazdan iOS bazasında çalışan cihaza keçərkən messencer məlumatlarını ötürə biləcəklər.
Ötən il belə bir xüsusiyyət “Samsung” istifadəçiləri üçün tətbiq olunub.
Yenilik hesab məlumatlarını, profil şəklini, şəxsi və qrup çatlarını, söhbət tarixçəsini, media faylları və parametrləri ötürməyə imkan verir.
Bununla belə, zəng tarixçəsi və hesabın görünən adının ötürülməsi mümkün deyil.
Qeyd olunur ki, ötürmə funksiyasından yararlanmaq üçün istifadəçinin ən azı Android 5.0 və iOS 15.5 versiya ilə işləyən smartfonu olmalıdır.
Bundan əlavə, hər iki cihaz eyni Wi-Fi şəbəkəsinə qoşulmalıdır.
“Android” üçün zərərli proqram təminatı istifadəçinin xəbəri olmadan pullu xidmətlərə qoşula bilir.
Bu barədə şirkətin bloqunda məlumat verilib.
Korporasiyanın mütəxəssisləri qeyd ediblər ki, aşkar edilmiş həmin virus proqramları “Android” platformasında son dərəcə geniş yayılıb.
Məlumatda bildirilib ki, təhlükəli proqram təminatı istifadəçinin nömrəsinə gizli şəkildə çoxlu sayda ödənişli abunəliklər rəsmiləşdirə bilir. Yeni zərərli proqramın özəlliyi ondan ibarətdir ki, o, operatorun adətən abunə və ya ödəniş faktını təsdiqləmək üçün göndərdiyi SMS mesajlarını gizlətməyi öyrənib.
Mütəxəssislərin fikrincə, təhlükəli proqramları “Android API”də dəyişikliklər etməklə və “Google Play”in moderasiyasında olan proqramları daha ətraflı tədqiq etməklə dayandırmaq olar. Korporasiya həmçinin naməlum mənbələrdən proqramları yükləməyi və tətbiqlərin daxil olan SMS-ləri oxumaq imkanını məhdudlaşdırmağı tövsiyə edib.
Havaların isti keçməsi bölgələrdə turizm obyektlərində xeyli canlanmaya səbəb olub. Lənkəranda yerləşən turizm obyektlərini və istirahət məkanlarını seçənlərin əksəriyyəti paytaxt Bakıdan gedənlərdir. İstirahət üçün ismayıllıya gedənlər də az deyil. Təlabatın artması isə qiymətlərin bahalaşması ilə nəticələnib.
Xezerxeber.az bildirir ki, yay aylarında Lənkəran turistlərin ən çox üz tutduğu rayonlardandır. Turistləri cəlb edən vacib amillərdən biri buranın dəniz, dağ və meşə zolağı ilə əhatə olunmasıdır. İstirahət mərkəzlərinə gələn ziyarətçilər arasında yerli turistlər üstünlük təşkil edir.
Ətraflı
Otellərdə dincəlmək qidalanma daxil 100-500 manat arasında dəyişir. Kənd evləri üçün isə bu rəqəm 50- 150-manat təşkil edir.
Azərbaycanda 50 il əvvəl məzun olmuş sinif yoldaşları bir araya gəlib.
Beyləqan rayonu, Qaradağlı kənd şagirdləri 50 il sonra parta arxasına keçiblər.
Həmin anlar sosial şəbəkələrdə böyük maraqla qarşlıanıb.
Sözügedən videonu təqdim edirik:
“WhatsApp” messencerinin tərtibatçıları qrup çatlarından çıxışla bağlı dəyişiklik edəcəklər.
Artıq fərdi kompüterlər üçün messencerin beta versiyasının istifadəçiləri qrup çatlarını səssizcə tərk etmək imkanına malikdirlər.
Belə ki, istifadəçinin söhbəti tərk etməsi barədə bildirişi yalnız administratorlar alır. Digər qrup üzvləri artıq bu barədə bildirişləri görə bilmirlər.
Hələlik bu funksiya yalnız kompüterlər üçün messencerin beta versiyasında mövcuddur. Lakin gələcəkdə o, Android və iOS cihazları üçün də tətbiq olunacaq. Qrup söhbətlərindən məxfi çıxış xidmətinin bütün istifadəçilər üçün nə zaman əlçatan olacağı barədə məlumat verilmir.
“WhatsApp”da status yeniləmələri artıq tətbiqin çatında da görünəcək.
Bu barədə “Haber Global” xəbər yayıb.
O da vurğulanır ki, status yenilənməsi həm söhbət siyahısında, həm də kontaktlarda görünəcək.
Ərzaq məhsullarının seçimi onkoloji xəstəliklərin qarşısının alınmasında, müalicəsində və geriləməsində mühüm əhəmiyyət kəsb edir.
"Medicina.az xəbər verir ki, tibb elmləri doktoru, dünya səviyyəsində tanınmış həkim, alim və bir neçə kitabın müəllifi Uilyam Li hesab edir ki, qidaya qoz, fındıq, badam, hind qozu, püstə, Braziliya qozunun əlavə edilməsi xərçəngin qarşısının alınmasına kömək edir.
Qoz və fındığın tərkibində olan polifenollar insanın immun sistemini xərçəngə qarşı mübarizə aparmaq üçün möhkəmləndirir. Onlar, həmçinin faydalı yağ turşuları olan omeqa-3 ilə zəngindir. Bu turşular xərçəngin qarşısını kəsərək məhv edir.
Pomidor da xərçənglə mübarizə aparan ərzaqlardan hesab olunur. Tərəvəzin tərkibindəki likopin insanın DNT-sini zədələrdən qoruyur və bu da orqanizmin xərçəngdən müdafiə olunmasına şərait yaradır.
Qırmızı kartofun tərkibində olan antosianin də xərçəng hüceyrələrini məhv edir.
Bunu Trend-in sualına cavab olaraq infeksionist-hepatoloq Mərdan Əliyev bildirib.
"Bir müddət ölkəmizdə qrip infeksiyası yayılmışdı. Hazırda ölkəmizdə qrip infeksiyası demək olar ki, yoxdur. Bu da onu deməyə əsas verir ki, çoxlarının yoluxduğu qrip deyil. Bu, koronavirusun "omikron" ştammıdır", - deyə həkim qeyd edib.
Onun sözlərinə görə, xəstəliyin bəzi simptomları qriplə oxşardır. Oxşarlığın çox olması səbəbindən xəstəliyin müəyyən edilməsi çətinləşə bilər.
"Omikron" ştammının əsas simptomları hərarət, ümumi zəiflik, əzginlik, baş ağrısı, əzələ ağrıları, bədəndə qırılmalar, boğazda qaşınma və ya ağrı hissidir. Qripin simptomları isə öskürək, yüksək hərarət (olmaya da bilər), boğaz ağrısı, burun tutqunluğu və ya axıntısı, baş ağrısı, yorğunluq və.s-dir.
Bu virusları bir-birindən ayırd etmək üçün ancaq yaxma analizi vermək lazımdır", - M.Əliyev əlavə edib.
“WhatsApp” istifadəçilərin təhlükəsizliyini daha da artırmaq üçün yeni funksiyanı işə salacaq. Söhbət proqramın destkop və veb versiyalarında işə salına bilən ikifaktorlu autentifikasiyadan gedir.
Oxu.az xəbər verir ki, bu mexanizmin əlavə edilməsi istifadəçilərin kibercinayətkarlığın qurbanı olması riskini azaldacaq.
Qeyd edək ki, yaxınlıqda smartfon olmasa belə, “WhatsApp”ın masaüstü kompüterlər və noutbuklarda işləməsi istifadəçilərdə narazılıq yaratmışdı. Onlar bu təşəbbüsün hakerlərin işini asanlaşdıra biləcəyi ilə bağlı narahatlıqlarını dilə gətirmişdi.
Bildirilir ki, “WhatsApp” hesabını masaüstü və ya veb versiyada qeydiyyatdan keçirərkən, altı rəqəmli kodu daxil etdikdən sonra, həmçinin şəxsi PİN kodu da tələb olunacaq. “WhatsApp” iki faktorlu autentifikasiyanı sadələşdirmək istəyir, ona görə də messencerin yaradıcıları bu funksiyanı həm veb-müştəridə, həm də masaüstü versiyada tətbiq etmək üzərində işləyir.
Eyni zamanda, istifadəçilər parametrlərdə bu funksiyanı söndürməklə və ya aktivləşdirməklə iki addımlı giriş prosedurunu müstəqil idarə edə biləcəklər.
Bu yeniləmənin həyata keçirilməsinin konkret vaxtı deyilmir, lakin onun hazırlığının ilkin mərhələdə olduğu vurğulanıb.