ABŞ mütəxəssisləri insanın baxdığı nöqtəyə avtomatik fokuslanan "ağıllı" eynək yaradıb.

 

Axar.az Azərtac-a istinadən xəbər verir ki, Stenford Universitetinin yeni texnologiyası presbiopiya xəstəliyi - insanın yaxın məsafədən kiçik şriftləri və xırda əşyaları görə bilmədiyi gözün refraksiya anomaliyası ilə mübarizə üçün yaradılıb. Görmənin təbii oriyentasiyasını təmin edə bilməyən ənənəvi presbiopiya korreksiya formaları yalnız insana baxmağa imkan verən görmə diapazonunu genişləndirir.

"Autofocals" adlanan presbiopiya korreksiya texnologiyası baxılacaq əşyaya avtomatik fokuslanmağa imkan verir. Eynək linzanın fokuslanma məsafəsini dəyişərək istifadəçinin baxış istiqamətinə yönəlir. Optikaya dəyişən fokuslama məsafəsinə və güc təzyiqi nəticəsində formasını dəyişərək linzanı əyməklə fokuslama məsafəsini dəyişən mayeyə malik xüsusi linzalar quraşdırılıb. Kameralar sistemi gözün vəziyyətini izləyir, hərəkət ötürücüləri baxış istiqamətini qeydə alır, xüsusi alqoritm isə fokuslama nöqtələrinin koordinatlarını aşkarlayır və linzanın fokuslama məsafəsini dəyişməklə lazımi obyektə baxmağa imkan verir.

Texnologiya yaradıcılarının sözlərinə görə, hazırda görmə korreksiyası problemi üçün ideal kommersiya həlli mövcud olmasa da, "Autofocals" texnologiyası bu istiqamətdə vacib addım ola bilər.

06 May 2025 İllərdir “sağlam deyil” deyilən qidaya Canan Karataydan dəstək: "Çox faydalıdır"
03 May 2025 Bu xəbərdən sonra toyuq əti yeməyəcəksiniz
02 May 2025 Uşaq ancaq “abur cubur” qidalarla böyüyür – Həkimlər həyəcan təbili çalır
02 May 2025 Azərbaycan vətəndaşları xarici ölkələrə hansı məqsədlə gediblər? – Siyahı
01 May 2025 Mayda niyə toy etmirlər - köhnə inanclar, əsassız adətlər
28 Aprel 2025 Elektron siqaretlər ağciyərləri necə məhv edir? – Onkoloqdan xəbərdarlıq
25 Aprel 2025 Gəlini aparmağa traktorlarla gəldilər - Fotolar
21 Aprel 2025 Xərçəngin müalicəsində yeni bitki - Şöhrəti ABŞ-yə qədər yayıldı
17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?

Xəbər lenti