Ümumiyyətlə, gənc yazarların intihara meyil etməsi həm onların mənəvi, həm də maddi durumları ilə bağlı ola bilər.

Mənəvi durumu ilə ona görə əlaqəlidir ki, özlərinin təsəvvüründə olan istedadı realizə edə bilmirlər. Maddi amillə ona görə bağlıdır ki, yazıçılıq hesabına normal səviyyədə pul qazanıb özlərini, ailələrini dolandıra bilmirlər. Bu mənada hesab edirəm ki, intihara meyilin səbəbləri çox ciddidir.

Bu sözləri Kult.az-a açıqlamasdında ədəbi tənqidçi Əsəd Cahangir yazıçı Cəlil Cavanşirin Feysbukda canlı yayım açaraq intihara cəhd etməsinə münasibət bildirərkən deyib. O, yazarın intihar cəhdini pislədiyini bildirib:

“Cəlil Cavanşirin intihara cəhd etməsi çox xoşagəlməz haldır. Eşidəndə doğrudan da pis oldum. Mənə aydın deyil ki, Cəlil bəyin intiharı onun şəxsi həyatındakı hansısa problemlə bağlıdır, yoxsa maddi çatışmazlıqdan qaynaqlanır.

Amma istənilən halda kiminsə nümayişkəranə surətdə intihar anonsu verməsini qəbul etmirəm. Sözüm yanlış anlaşılmasın, heç kimi intihara səsləmirəm. Mənə belə gəlir ki, intihar edən şəxs belə anons vermir. Bu, cəmiyyətin diqqətini cəlb etmək üçün istifadə edilən daha bir reklam, şou elementi və ya bunun bir təzahürüdür”.

Tənqidçinin fikrincə, bu gün ədəbiyyata maraq azaldığına görə bəzi şair və yazıçılar diqqət çəkmək üçün müxtəlif üsullara əl atırlar:

“İnsanlarımız bu gün ədəbiyyat oxumur. Oxucunu qınamıram, çünki ədəbiyyat maraqlı deyil. Heç yazıçıları da qınamıram. Hazırda ədəbiyyat sovet dövründə olduğu kimi təbliğ edilmir. Buna görə də yazıçılar bəzən ən radikal yollara əl atırlar.

İndi ədəbiyyata marağın azalmasında ədəbiyyatçının da günahı var. Millət sənin ədəbiyyat iddialarının kor-koranə oxucusu deyil. Oxucu sənin ədəbiyyat oyunbazlıqlarının şahidi olmaq istəmir. İnsanlara onun problemlərinin bədii həlli yollarını özündə əks etdirən əsərlər lazımdır.

Ola bilər ki, səhv edirəm. Cəlil doğrudan da intihar etmək istəyib, amma buna iradəsi çatmayıb. İnsanın Allah verən canı almağa heç bir halda ixtiyarı yoxdur. Ümid edirəm ki, Cəlil Cavanşirin bu vəziyyəti ötəri hal kimi keçib gedəcək, o, yenidən həyat eşqiylə yaşayacaq, yaradıcılıqla məşğul olacaq. Arzu edirəm ki, Cəlil gələcəkdə məşhur bir yazıçı olsun və bu günlərdə etdiklərini gənclik illərinin səhvi kimi xatırlasın.

Bu dediklərim Azərbaycan teatrına, kinosuna, musiqisinə də aiddir. Bu gün ədəbiyyatın parlaq inkişafından danışmaq olmaz. Hanı bu gün Cəfər Cabbarlı, Hüseyn Cavid, Mikayıl Müşfiq, Elçin, Yusif Səmədoğlu, Anar kimi ədəbiyyat adamları?! Bütünlükdə sənət tənəzzül edir.

Canına qıymaq cəhdi ilə sən bu sənəti zirvələrə qaldıra bilməzsən. Özünü öldürmək yox, sənəti yaşatmaq lazımdır”.

Ə.Cahangirin sözlərinə görə, C.Cavanşirin intihar anonsu əslində onun ədəbiyyata olan iddiasından xəbər verir:

“Yazıçı taleyini qəbul etmək lazımdır. Şair, yazıçı kef çəkmək üçün yaşayan insan deyil, ədəbiyyat kef yeri deyil. Ya şəxsi həyatını qurban verib sözün zirvəsini fəth etməlisən, ya da komfortlu yaşamaq istəyirsənsə, ədəbiyyat iddiandan əl çəkməlisən. Bizim yazıçılarımız isə nədənsə öz taleləri ilə barışmaq istəmirlər.

Bu hərəkəti hansısa məşhur bir yazar etsəydi, insanların ədəbiyyata münasibətinin mənfiləşməsi barədə danışmaq olardı. Cəlil Cavanşir sözün həqiqi mənasında ədəbiyyata iddialı bir adamdır. Amma özünü təsdiqləməyib hələ. Axı sən Heminquey, Mayakovski deyilsən. İntiharını nəyə əsaslanıb ictimailəşdirirsən?! Bunu etməkdə məqsədin nədir?

Cəlil bəyə hörmətim var. Təəssüf edirəm ki, belə bir olay yaşandı.

Yekun olaraq onu deyə bilərəm ki, heç bir maddi çətinlik , eləcə də mənəvi sıxıntı istedadı realizə edə bilməməyə, insanı intihara sövq etməməlidir”.

06 May 2025 İllərdir “sağlam deyil” deyilən qidaya Canan Karataydan dəstək: "Çox faydalıdır"
03 May 2025 Bu xəbərdən sonra toyuq əti yeməyəcəksiniz
02 May 2025 Uşaq ancaq “abur cubur” qidalarla böyüyür – Həkimlər həyəcan təbili çalır
02 May 2025 Azərbaycan vətəndaşları xarici ölkələrə hansı məqsədlə gediblər? – Siyahı
01 May 2025 Mayda niyə toy etmirlər - köhnə inanclar, əsassız adətlər
28 Aprel 2025 Elektron siqaretlər ağciyərləri necə məhv edir? – Onkoloqdan xəbərdarlıq
25 Aprel 2025 Gəlini aparmağa traktorlarla gəldilər - Fotolar
21 Aprel 2025 Xərçəngin müalicəsində yeni bitki - Şöhrəti ABŞ-yə qədər yayıldı
17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?

Xəbər lenti