Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun genişləndirilmiş elmi şurasında Atropatena/Azərbaycan dövlətinin yaranma tarixi geniş müzakirə olunub.

Azərbaycanın Polşadakı səfiri, tarix elmləri doktoru Həsən Həsənov iclasda Azərbaycan dövlətinin yaranma tarixi barədə məruzə ilə çıxış edib.

İnstitutdan Kult.az-a bildirilib ki, direktor, akademik Yaqub Mahmudov Azərbaycanın Polşadakı səfirliyinin fəaliyyətindən danışıb. Bildirib ki, Varşavanın mərkəzi parklarından birində Azərbaycan ordusunun polyak generalı Məmməd bəy Sulkeviç və Polşa ordusunun azərbaycanlı polkovniki Vəli bəy Yadigarın xatirəsinə abidə ucaldılıb: “Polşada Uzun Həsən və IV Kazimirə, İqnaçı Paderevski və Əlimərdan bəy Topçubaşova, Adam Mitskeviç və Mirzə Cəfər Topçubaşova həsr edilmiş xatirə lövhələri quraşdırılıb”. Akademik əlavə edib ki, ötən ilin sonunda Varşava Universitetində Azərbaycanşünaslıq Mərkəzi fəaliyyətə başlayıb.

Tarixçi alimlər Azərbaycan dövlətinin Aşşur imperiyasının süqutundan dərhal sonra yarandığını təsdiqləməyə imkan verən konsepsiya barədə ətraflı məlumatlandırılıb. Bildirilib ki, Atropatena ölkəsinin adı müasir “Azərbaycan” anlayışının fonetik versiyasıdır. Məruzəçinin fikrincə, Roma tarixçisi Ammian Marsellin (IV əsr) və “Karki de Bet Selox” adlı Suriya xronikasına (V əsr) istinadla demək olar ki, Azərbaycan adını daşıyan dövlət eramızdan əvvəl VII əsrdə yaranıb. İndiyədək elmimizdə Atropatena dövlətinin Makedoniyalı İsgəndərin ölümündən sonra eramızdan əvvəl 321-ci ildə yarandığı qeyd olunur. Əslində isə o vaxt Atropatenanın müstəqilliyi bərpa olunub. Adları çəkilən qədim Suriya və Roma mənbələri əsas verir ki, eramızdan əvvəl 612-ci ildə Aşşur imperiyasının süqutu nəticəsində “Atropatena/Adorbayqan” adlı dövlətin yarandığını təsdiqləyək. Bu konsepsiyadan çıxış edərək deyə bilərik ki, Azərbaycan dövləti eramızdan əvvəl 612-ci ildə yaranıb.

Məruzədə vurğulanıb ki, dövlətimizin və xalqımızın adlarının əsasını təşkil edən Atarpatena/Atropatena/Adorbayqan sözü nə fars, nə də yunan mənşəlidir. V əsr Suriya mənbəyinə görə, bu sözlərin kökündə 2700 il əvvəl dövlətimizi yaradan sərkərdənin valilik titulu olan “Arpat” və yaxud “Orbay” durur. Atropatenanın ərazisi şimal-qərbdə Qara dənizə, şimalda isə Böyük Qafqaz dağlarınadək olan əraziləri əhatə edirdi. Albaniya dövləti isə eramızdan əvvəl I əsrdə yaranıb. Albaniya dövlətinin yarandığı ərazi eramızdan əvvəl 612-ci ildən eramızdan əvvəl II-I əsrlərə qədər Adorbayqan/Atropatena/Atarpatena adlanan dövlətin tərkib hissəsi olub. Alban çarlığı kimmerlərin Qamir dövləti və skiflərin Aşquz çarlığının hüquqi varisi sayılır.

Tədbirin sonunda Yaqub Mahmudov deyib: “Elmi şurada qaldırılan məsələlər ilk mənbələrə və elmi ədəbiyyata, xüsusən qərb mənbələrinə və Avropa tarixçilərinin əsərlərinə əsaslanır. Ona görə də ciddi elmi maraq doğurur. Elmdə yeni fikirlər süngü ilə qarşılanmamalı, onlara layiqincə yer verilməli, tədqiqatlar daha da genişləndirilməlidir”.

06 May 2025 İllərdir “sağlam deyil” deyilən qidaya Canan Karataydan dəstək: "Çox faydalıdır"
03 May 2025 Bu xəbərdən sonra toyuq əti yeməyəcəksiniz
02 May 2025 Uşaq ancaq “abur cubur” qidalarla böyüyür – Həkimlər həyəcan təbili çalır
02 May 2025 Azərbaycan vətəndaşları xarici ölkələrə hansı məqsədlə gediblər? – Siyahı
01 May 2025 Mayda niyə toy etmirlər - köhnə inanclar, əsassız adətlər
28 Aprel 2025 Elektron siqaretlər ağciyərləri necə məhv edir? – Onkoloqdan xəbərdarlıq
25 Aprel 2025 Gəlini aparmağa traktorlarla gəldilər - Fotolar
21 Aprel 2025 Xərçəngin müalicəsində yeni bitki - Şöhrəti ABŞ-yə qədər yayıldı
17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?

Xəbər lenti