Əməkdaşlarının demək olar ki, 80 faizi ermənilərdən ibarət olan Rusiyanın TNT telekanalında yayımlanan “Komedy Vomen” yumor verilişində Böyük Vətən müharibəsi generalı lağa qoyulub.

 

Axar.az xəbər verir ki, sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilən videoda şou iştirakçıları rusiyalı general, Böyük Vətən müharibəsi qəhrəmanı Dmitri Mixayloviç Karbışevi istehza ilə məsxərəyə qoyublar.

Müharibə vaxtı yaralı halda əsir düşən generalı almanlar öz tərəflərinə çəkmək arzusunda olub. Çünki o, ən yaxşı hərbi mühəndislərdən biri sayılıb. Onun alman zabitinə cavabı isə belə olub:

“Mənim inancım düşərgə rasionunda vitamin çatışmazlığına görə tökülən dişlərimlə birlikdə yoxa çıxmır. Mən əsgərəm və vəzifəmə sadiq qalıram. Vəzifəm isə mənə vətənimlə müharibə şəraitində olan ölkəyə işləməyi qadağan edir”.

Karbışevin onlara işləməyəcəyini anlayan almanlar generalı 1945-ci ilin fevralında şaxtalı havada üzərinə buzlu su tökməklə vəhşicəsinə edam ediblər.

Qeyd edək ki, şounun prodüser və yaradıcısı erməni Natalya Yeprikyan, “TNT Holdinq”in baş direktorunun birinci müavini isə Artur Canibekyandır. Canibekyan kompaniyanın strategiyasına cavabdeh şəxsdir. 2016-cı ildə Ermənistanda Artur Canibekyan “Vətən qarşısında xidmətlərinə görə” medalı ilə təltif olunub.

06 May 2025 İllərdir “sağlam deyil” deyilən qidaya Canan Karataydan dəstək: "Çox faydalıdır"
03 May 2025 Bu xəbərdən sonra toyuq əti yeməyəcəksiniz
02 May 2025 Uşaq ancaq “abur cubur” qidalarla böyüyür – Həkimlər həyəcan təbili çalır
02 May 2025 Azərbaycan vətəndaşları xarici ölkələrə hansı məqsədlə gediblər? – Siyahı
01 May 2025 Mayda niyə toy etmirlər - köhnə inanclar, əsassız adətlər
28 Aprel 2025 Elektron siqaretlər ağciyərləri necə məhv edir? – Onkoloqdan xəbərdarlıq
25 Aprel 2025 Gəlini aparmağa traktorlarla gəldilər - Fotolar
21 Aprel 2025 Xərçəngin müalicəsində yeni bitki - Şöhrəti ABŞ-yə qədər yayıldı
17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?

Xəbər lenti