![]() |
|
Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov və general-polkovnik, Prezident yanında Təhlükəsizlik Şurası katibinin müavini Mədət Quliyev Şəhidlər Xiyabanını ziyarət ediblər.
Onları bir sıra dövlət rəsmiləri müşayiət edib.
Bundan əlavə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvavov da Şəhidlər Xiyabanını ziyarət edib.
Baş nazirin müavinləri Yaqub Eyyubov, Şahin Mustafayev və Samir Şərifov Şəhidlər Xiyabanını ziyarət edib.
S.Şərifov Baş nazir Əli Əsədova müavin təyin edildikdən sonra ilk dəfə görüntülənib.
Qeyd edək ki, S.Şərifov daha əvvəl maliyyə naziri idi.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı paylaşım edib.
Paylaşımda qeyd olunub:
"20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin!".
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici işlər naziri Hakan Fidanın geniş tərkibdə görüşü başlayıb.
Bu barədə Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib.
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 18-də Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.
Hakan Fidan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib.
Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin siyasi, iqtisadi və bütün digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.
Söhbət zamanı ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıya gəlib.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Hakan Fidanın ölkəmizə səfəri çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirməsi nəzərdə tutulub.
Görüşlərdə Azərbaycan və Türkiyə arasında siyasi, hərbi, iqtisadi, ticarət, nəqliyyat və enerji məsələlərinin müzakirə ediləcəyi gözlənilir. /Report
Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə Gürcüstanın Baş naziri İrakli Kobaхidzе arasında təkbətək görüş başlayıb.
Görüş dövlət başçısının şəhərkənarı iqamətgahında keçirilir.