ABŞ-Türkiyə münasibətlərində olan gərginliklə bərabər artıq xeyli vaxtdır ki, Türkiyə Avropa İttifaqı arasında da soyuqluq davam edir.

 

Bu sözləri Axar.az-a açıqlamasında beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev deyib. O bildirib ki, müxtəlif sahələrdə Avropa ilə həmişə geniş əməkdaşlığı olmuş Türkiyənin bu soyuqluğun aradan qaldırılmasında marağı böyükdür:

 

“Amma rəsmi Ankara münasibətlərin davam etməsi üçün hər hansı şərtlərin olmasını yolverilməz sayır. Əslində indiki vəziyyət Aİ ölkələri üçün də arzuolunan deyil. Bu situasiyadan onlar da zərər görür. Ərdoğanın Aİ-nin əsas dövləti olan Almaniyaya səfəri böyük ehtimalla hər iki tərəfdən əlaqələrin bərpasına hədəflənib. Hesab edirəm ki, öncədən hansısa məsələlərdə ilkin razılığa gəlinib ki, bu səfərin baş tutması reallaşıb”.

Ekspert vurğulayıb ki, Yaxın Şərq qaçqınlarının Avropaya kütləvi axınının qarşısında duran Türkiyədən uzun müddət aralı qalmaq nəticədə bu problemi Avropada həlli mükün olman səviyyəyə çatdıra bilər:

“Son vaxtlar Rusiya-Türkiyə arasında baş verən yaxınlaşmalar, İdliblə bağlı razılaşma və bu razılaşmanın artıq işləməyə başlaması da Qərbi çox narahat edir. Düşünürəm ki, bu səfərdə, ola bilsin ki, ABŞ da maraqlı olsun. Çünki Tramp Adminstrasiyası birbaşa danışıqlarda hələlik iştirak etməmək üçün Avropadakı əsas partnyoru Angela Merkel vasitəsilə danışıqları irəli aparmaq istəyir. İstənilən halda Ərdoğana hansısa şərtlər irəli sürmək və ya təzyiq etmək üçün Almaniyaya dəvət etməyiblər. Əminəm ki, ilkin olaraq müəyyən məsələlərdə razılaşmaların olacağı səbəbindən dəvət ediblər. Əks halda Türkiyə prezidenti bu səfərə razılaşmazdı”.

12 May 2025 İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib
12 May 2025 Ermənistan hərbi naziri Berlinə silah üçün gedib? – Bakıya qarşı ŞOK HİYLƏ
12 May 2025 Ağ Ev: İstəyirik ki, İrəvanla Bakı arasında sülh olsun
12 May 2025 Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib
12 May 2025 Yaşar Gülər Azərbaycana səfər edəcək
12 May 2025 Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
10 May 2025 Kəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - Yenilənib
10 May 2025 Rəsmilər Fəxri xiyabanda - Fotolar
10 May 2025 İlham Əliyev Kəngərli sakinləri ilə görüşdü
10 May 2025 İlham Əliyev Ağdamda - YENİLƏNİB
10 May 2025 Mehriban Əliyeva Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə paylaşım edib
10 May 2025 İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib
10 May 2025 Prezidentdən Heydər ƏliyevIə bağlı paylaşım
10 May 2025 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
09 May 2025 Prezident İlham Əliyev “Azərişıq” ASC-nin “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib YENİLƏNİB
09 May 2025 “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksinin açılışı olub YENİLƏNİB
09 May 2025 Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməli qoyulub YENİLƏNİB
09 May 2025 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər YENİLƏNİB
09 May 2025 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər YENİLƏNİB
09 May 2025 Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - VİDEO

Xəbər lenti