![]() |
|
MDB ilə iş komitəsinin rəhbərliyində olan şəxsin belə bir mövqeyi qəbulolunmazdır.
Təbii ki, biz onun fikirlərini Rusiyanın mövqeyi kimi qəbul edə bilmərik. Zatulin iddia edib ki, əgər Dağlıq Qarabağda müharibə başlasa, bu, Azərbaycanın dağılması ilə nəticələnə bilər. Daha sonra iddia edir ki, Azərbaycanın siyasəti sənədlərdən fərqli olaraq başqa cürdür. O, bir həmkarımızın özünəməxsus fikirlərini əsas götürüb bunu Azərbaycan dövlətinin siyasəti kimi təqdim etməyə çalışıb. Təbii ki, biz bunu qətiyyətlə pisləyirik!
Axar.az xəbər verir ki, bunu millət vəkili Çingiz Qənizadə Milli Məclisdə çıxışı zamanı deyib.
Ç.Qənizadə Zatulinin ermənilərə bağlı olmasına da diqqət çəkib:
“Zatulin Dağlıq Qarabağda qondarma parlament seçkiləri keçirilərkən qanunsuz olaraq Dağlıq Qarabağa səfər edib və Azərbaycan XİN tərəfindən arzuolunmaz şəxslər sırasına salınıb. Üstəlik, o, Batumidə anadan olub və orada acarlarla bərabər, ermənilər də yaşayır”.