Sülh çağırışı edən şəxs ilk növbədə oğlunun hətta Ermənistanın işğal etdiyini təsdiqlədiyi Füzuli rayonuna hərbi xidmətə göndərilməsinə etiraz etməlidir.

Bu sözləri Axar.az-a Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın irəli sürdüyü “Qadınlar sülh naminə” təşəbbüsü çərçivəsində Rusiyadan bir qrup qadın ilə birlikdə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfərinə münasibət bildirən millət vəkili Aytən Mustafayeva deyib. Millət vəkili bildirib ki, Ermənistan rəhbərliyi indi də həyat yoldaşı vasitəsilə “humanitar missiya” adı altında Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlər təşviq etməklə öz yalanlarına bəraət qazandırmağa çalışır:

“Hamı başa düşür ki, sülh çağırışını Azərbaycanın ərazi bütövlüyünü pozmaqla, Qarabağa qanunsuz səfərlə etmək heç bir normal məntiqə sığmır. Çünki o torpaqlar Azərbaycanındır və işğal altındadır. İşğal etdiyin torpağa öz oğlunu hərbi xidmətə göndərib, sonra da gəlib bütün dünya tərəfindən Azərbaycanın ərazisi olaraq qəbul edilən bölgədən “sülh çağırışı” etmək hansı zehniyyətdir? Dağlıq Qarabağ ətrafındakı 7 rayonun işğal edildiyini hətta Ermənistan özü də təsdiqləyir və buranı guya “təhlükəsiz zona” olaraq saxladığını bildirir. Sülh çağırışı edən şəxs oğlunun ilk növbədə işğalını etiraf etdiyi bir əraziyə - Füzuli rayonuna hərbi xidmətə göndərilməsinə etiraz etməlidir. Sən oğlunu işğaldakı torpaqları əlində saxlamaq üçün göndərəcəksən, sonra da gəlib, işğal etdiyin torpaqdan “təmas xəttinin bu tərəfinə” sülh çağırışı edəcəksən - bu, tarixdə görünməmiş bir “siyasət”dir”.

Millət vəkili bildirib ki, Akopyanın “humanitar missiya” adı altında Qarabağa qanunsuz səfəri başqa bir dövlətin torpaqlarının zəbtini, işğalı əslində etiraf etməkdir:

“Akopyan hansı haqla “Qadınlar sülh naminə” təşəbbüsü ilə çıxış edərək bir qrup rus qadınlarla Qarabağa qanunsuz səfərlər təşkil edir? Bu hadisənin özü belə ermənilərin Azərbaycan ərazilərini işğal etdiyini açıq sübuta yetirir”.

Millət vəkili Ermənistan rəhbərliyinin son addımının Düşənbə danışıqlarının ruhuna zidd olduğunu vurğulayıb:

“Paşinyan ümumiyyətlə hakimiyyətə gəldiyi ilk gündən tam səriştəsiz olduğunu nümayiş etdirməkdədir. O, sanki oyun oynayır və bir-birinə zidd, qeyri-ciddi bəyanatlar verir. Son olaylar bir daha göstərdi ki, Paşinyanın siyasətə heç bir aidiyyəti yoxdur”.

Deputat Akopyanın Qarabağda “Sülh naminə qadınlar” humanitar aksiyasının əsl mahiyyətinə də işıq salıb:

“Əvvəla, bu kimi hərəkətlər əsl sülh təşəbbüslərinə zərbə vurur. Akopyanın Qarabağda “sülh çağırışı” sadəcə oyun, Ermənistan rəhbərliyi tərəfindən düşünülmüş bir siyasətdir. Yəni reallıqda bu bir hakimiyyət mübarizəsidir. Ona görə də seçkiöncəsi xalqın dəstəyinə ehtiyacı duyan Paşinyan hakimiyyəti üçün hər yola əl atır”.

12 May 2025 İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib
12 May 2025 Ermənistan hərbi naziri Berlinə silah üçün gedib? – Bakıya qarşı ŞOK HİYLƏ
12 May 2025 Ağ Ev: İstəyirik ki, İrəvanla Bakı arasında sülh olsun
12 May 2025 Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib
12 May 2025 Yaşar Gülər Azərbaycana səfər edəcək
12 May 2025 Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
10 May 2025 Kəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - Yenilənib
10 May 2025 Rəsmilər Fəxri xiyabanda - Fotolar
10 May 2025 İlham Əliyev Kəngərli sakinləri ilə görüşdü
10 May 2025 İlham Əliyev Ağdamda - YENİLƏNİB
10 May 2025 Mehriban Əliyeva Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə paylaşım edib
10 May 2025 İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib
10 May 2025 Prezidentdən Heydər ƏliyevIə bağlı paylaşım
10 May 2025 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
09 May 2025 Prezident İlham Əliyev “Azərişıq” ASC-nin “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib YENİLƏNİB
09 May 2025 “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksinin açılışı olub YENİLƏNİB
09 May 2025 Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməli qoyulub YENİLƏNİB
09 May 2025 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər YENİLƏNİB
09 May 2025 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər YENİLƏNİB
09 May 2025 Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - VİDEO

Xəbər lenti