Bu addım müsbət nəticələrə səbəb ola bilər.

 

Bu sözləri Axar.az-a Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Vergilər naziri Mikayıl Cabbarovun sadələşdirilmiş verginin dərəcəsinin endirilməsi ilə bağlı fikrinə münasibət bildirən iqtisadçı ekspert Rəşad Həsənov deyib. O bildirib ki, ümumiyyətlə, vergi yükünün azaldılmasına ölkədə çox ciddi ehtiyac var:

“İqtisadiyyatın inkişaf səviyyəsi kontekstindən məsələyə baxsaq, Azərbaycanda vergi yükü dünya ölkələri ilə müqayisədə çox yüksəkdir. Dünya Bankının hesablamalarına görə, 2017-ci ildə ölkədə vergi yükü 39,6% olub. Bu da kifayət qədər yüksək göstəricidir. Azərbaycanda iqtisadi gəlirlərin əhəmiyyətli hissəsi neft gəlirlərindən formalaşır. Bu şərtlər daxilində bu qədər yüksək verginin olması doğru deyil. Məsələn, Azərbaycanla bənzər iqtisadiyyatlara malik Qazaxıstanda mövcud göstərici 29%-dir. Yaxud neft istehsalçısı olan ölkələrdə - Qətərdə, Küveytdə, Birləşmiş Ərəb Əmirliklərində, Səudiyyə Ərəbistanında bu göstərici 17% təşkil edir”.

Ekspert vurğulayıb ki, bu məsələ iqtisadiyyatın, əsasən də qeyri-neft sektorunun inkişafı qarşısında duran əsas maneələrdən biridir:

“Yeni vergi yükünün azaldılmasına yönəldilən yanaşma bu istiqamətdə mövcud problemin müəyyən bir hissəsini aradan qaldıra bilər. Problemlərdən biri də sadələşdirilmiş vergi yükünün çox olmasıdır. Bildiyiniz kimi, sadələşdirilmiş vergi məhz ümumi dövriyyədən tutulur və paytaxt üçün 4, regionlar üçün 2% ətrafında müəyyənləşdirilib. Nəzərə alsaq ki, burada müəyyən məhdudiyyətlər də vardır. Qanunvericiliyə uyğun olaraq, aylıq dövriyyəsi 200 min manatdan aşağı olan şirkətlər, sahibkarlıq subyektləri sadələşdirilmiş vergi ödəyiciləri hesab olunur.

Amma məsələ ondan ibarətdir ki, son 4 ildə konyektura əhəmiyyətli səviyyədə dəyişib. Şirkətlərin bir qismi avtomatik olaraq, ƏDV ödəyicisinə çevrilib.

M.Cabbarovun dediyi təklif ondan ibarətdir ki, regionlar üçün 1%, paytaxt üçün 2% sadələşdirilmiş vergi müəyyənləşdirilsin. Eyni zamanda maksimum hədd 200 min manatdan 400 minə manata qədər artırılsın”.

İqtisadçının sözlərinə görə, Vergi Məcəlləsində nəzərdə tutulan dıyişikliklər baş verərsə, sahibkarlar ilk növbədə vergi yükünün təzyiqindən azad olacaq:

“İkincisi, Azərbaycanda kifayət qədər “kölgə iqtisadiyyatı” var. Əgər biznesin leqallaşdırılması hədəf olaraq müəyyən edilibsə, hökumət təşviqedici mexanizmlərdən istifadə etməlidir. Onlardan biri də vergi yükünün azaldılmasıdır. Atılan addım gələcəkdə sahibkarların öz fəaliyyətini leqallaşdırması yönündə istəklərini artıra və ümumi biznesin leqallaşma prosesini sürətləndirə bilər. Belə olan halda sahibkarların mənfəət norması yüksələcək, gəlirləri artacaq. Mənfəət normasının yüksəlməsi ilə sahibkar öz biznesinə əlavə yatırımlar etməsi imkanlarını da artıracaq. Bu da sahibkar üçün əlavə maliyyə mənbəyinə çevriləcək. Çünki Azərbaycanda sahibkarların ümumi problemlərindən biri də məhz maliyyə məsələsidir”.

İqtisadçı qeyd edib ki, əsas maliyyə mənbələrindən biri bank sektoru hesab olunurdu:

“Amma banklar da son 3 ildə demək olar ki, kreditləşmədə o qədər də maraqlı deyil. Bu şərtlər daxilində vergi yükünün azaldılması sahibkar üçün yığım imkanlarını artırmaqla əlavə maliyyə mənbəyi rolunu oynaya bilər ki, Azərbaycan iqtisadiyyatında buna çox ciddi ehtiyac var. Çünki Azərbaycan iqtisadiyyatı yeni bazar qaydaları əsasında formalaşmaqda olan iqtisadiyyatdır. Burada ilkin kapitalyığma prosesi demək olar ki, yenicə başlayıb və ciddi ehtiyac vardır ki, təşəbbüslər hansısa formada kapitallaşdırılsın və iqtisadiyyat inkişaf etsin”.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Vergilər naziri Mikayıl Cabbarov bildirib ki, sahibkarlığın inkişafının dəstəklənməsi və biznesin aparılmasının əlverişliliyinin artırılması məqsədilə sadələşdirilmiş verginin dərəcəsinin endirilməsi nəzərdə tutulur.

12 May 2025 İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib
12 May 2025 Ermənistan hərbi naziri Berlinə silah üçün gedib? – Bakıya qarşı ŞOK HİYLƏ
12 May 2025 Ağ Ev: İstəyirik ki, İrəvanla Bakı arasında sülh olsun
12 May 2025 Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib
12 May 2025 Yaşar Gülər Azərbaycana səfər edəcək
12 May 2025 Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
10 May 2025 Kəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - Yenilənib
10 May 2025 Rəsmilər Fəxri xiyabanda - Fotolar
10 May 2025 İlham Əliyev Kəngərli sakinləri ilə görüşdü
10 May 2025 İlham Əliyev Ağdamda - YENİLƏNİB
10 May 2025 Mehriban Əliyeva Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə paylaşım edib
10 May 2025 İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib
10 May 2025 Prezidentdən Heydər ƏliyevIə bağlı paylaşım
10 May 2025 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
09 May 2025 Prezident İlham Əliyev “Azərişıq” ASC-nin “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib YENİLƏNİB
09 May 2025 “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksinin açılışı olub YENİLƏNİB
09 May 2025 Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməli qoyulub YENİLƏNİB
09 May 2025 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər YENİLƏNİB
09 May 2025 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər YENİLƏNİB
09 May 2025 Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - VİDEO

Xəbər lenti