Oqtay Əsədovdan erməni deputata cavab

Milli Məclisin spikeri Oqtay Əsədov Avrasiya ölkələri parlament sədrlərinin Antalya şəhərində keçirilən üçüncü görüşünün plenar iclasında çıxış edən Ermənistan parlamenti sədrinin müavini Eduard Şarmazanovun uydurma “erməni soyqırımı” və Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətə uyğun olmayan fikirlərinə münasibət bildirib. 

elə həmin iclasda çıxış edən spiker O. Əsədov qeyd edib ki,  Ermənistan nümayəndəsinin mötəbər tədbiri çaşdırmaq üçün söylədiyi fikirlər onu yenidən çıxış etməyə vadar edib: “Əslində bizim bugünkü toplantı bölgədə sülhü, dialoqu və inkişafı təşviq etmək məqsədi daşıyır. Məlum olduğu kimi, Dağlıq Qarabağ xalqı deyilən bir xalq yoxdur. Dağlıq Qarabağda Azərbaycan və erməni icmaları yaşayıblar. Bildiyiniz kimi, Dağlıq Qarabağın Azərbaycan əhalisi etnik təmizləmə nəticəsində öz doğma torpaqlarından didərgin düşüb. 

Ermənistan nümayəndəsinin hazırda orada yaşayan Qarabağ ermənilərinə öz müqəddəratlarını təyinetmə hüququnun verilməsi ilə bağlı fikri tam yanlış və hüquqaziddir. O zaman belə bir maraqlı fikir meydana gəlir: Deməli, ermənilər harada toplum şəklində yaşayırlarsa, orada onlara öz müqəddəratlarını təyinetmə hüququ verilməlidir? 

Ermənistan nümayəndəsinin çıxışında bu görüşə ev sahibliyi edən Türkiyənin adını çəkməməsi onun siyasi mədəniyyətinin səviyyəsini göstərir. Türkiyəni daim qondarma “erməni soyqırımı” törətməkdə günahlandıran Ermənistan özü XX əsrin sonunda Azərbaycanın Xocalı şəhərində soyqırımı törədib. Bir çox ölkələr, o cümlədən ABŞ-ın 18 ştatı Xocalı soyqırımı ilə bağlı qətnamələr qəbul edib. 

Xüsusi olaraq qeyd etmək istəyirəm ki, beynəlxalq təşkilatlar, BMT, Avropa Şurası, Avropa Parlamenti Ermənistanı işğalçı ölkə kimi tanıyır. Ermənistandan başqa, bütün dünya dövlətləri Azərbaycanın Dağlıq Qarabağ da daxil olmaqla ərazi bütövlüyünü tanıyır. Bu da onu sübut edir ki, münaqişə tərəfi Dağlıq Qarabağ yox, məhz Ermənistandır”.

O. Əsədovun çıxışından sonra Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım da  sözügedən məsələyə münasibət bildirib: ”Dünyada sülhə və sabitliyə dəyər verən bu toplantımızda həqiqəti sarsıdan fikirləri qəbul etməyimiz mümkün deyil. Ermənistan həqiqətən də Türkiyə ilə əlaqələrini istəyirsə, o, saxta “erməni soyqırımı” iddiasından əl çəkməli, tarixi hadisələri tarixçilərin araşdırmasına buraxmalıdır. Parlament sədri Oqtay Əsədov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi ilə bağlı ətraflı bəhs etdi. Ermənistan bu mövqeyi ilə əslində özü-özünü təcrid vəziyyətinə salıb. Ermənistan anlamalıdır ki, qonşuları ilə əlaqələri normallaşdırmalı, Cənubi Qafqazda sülh, sabitlik və rifah yolu tutmalıdır. Yalnız belə olarsa mövcud problemlər aradan qalxa bilər”.

12 May 2025 İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib
12 May 2025 Ermənistan hərbi naziri Berlinə silah üçün gedib? – Bakıya qarşı ŞOK HİYLƏ
12 May 2025 Ağ Ev: İstəyirik ki, İrəvanla Bakı arasında sülh olsun
12 May 2025 Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib
12 May 2025 Yaşar Gülər Azərbaycana səfər edəcək
12 May 2025 Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
10 May 2025 Kəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - Yenilənib
10 May 2025 Rəsmilər Fəxri xiyabanda - Fotolar
10 May 2025 İlham Əliyev Kəngərli sakinləri ilə görüşdü
10 May 2025 İlham Əliyev Ağdamda - YENİLƏNİB
10 May 2025 Mehriban Əliyeva Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə paylaşım edib
10 May 2025 İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib
10 May 2025 Prezidentdən Heydər ƏliyevIə bağlı paylaşım
10 May 2025 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
09 May 2025 Prezident İlham Əliyev “Azərişıq” ASC-nin “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib YENİLƏNİB
09 May 2025 “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksinin açılışı olub YENİLƏNİB
09 May 2025 Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməli qoyulub YENİLƏNİB
09 May 2025 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər YENİLƏNİB
09 May 2025 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər YENİLƏNİB
09 May 2025 Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - VİDEO

Xəbər lenti