![]() |
|
Bakı Şəhər İcra Hakimiyyətinın başçısı səlahiyyətlərini icra edən Eldar Əzizovun əmri ilə Xalid Ələkbərov Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan "Lifttəmir" İstehsalat Birliyinə direktor təyin edilib.
Axar.az xəbər verir ki, bu barədə Unikal.org-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Qeyd edək ki, Xalid Ələkbərov Bakı Şəhər İcra Hakimiyyətinin şəhər təsərrüfatı, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri olub.
Bundan öncə “Lifttəmir” İstehsalat Birliyinin baş direktor Qüdrət Şükürov idi.