![]() |
|
Camal Qaşıqçının qətlə yetirilməsi ilə bağlı mətbuatda yayılan məlumatlardan çox ciddi narahatlıq keçiririk.
Axar.az xəbər verir ki, bu sözlər Qətər Mətbuat Mərkəzinin məsələ ilə bağlı yaydığı açıqlamada yer alıb.
“Araşdırmaları həyata keçirən qurumlardan Camal Qaşıqçı hadisəsinin tezliklə işıqlandırılmasını və hadisədə təqsiri olanların cavab verməsini istəyirik”, - QMM-dən bildirilib.