![]() |
|
Ermənistanın yeni hökuməti Azərbaycana Qarabağı qaytarmağa hazırdır.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Demokratik Partiyasının sədri Aram Sərkisyan deyib. O, ABŞ-ın Ermənistandakı səfiri Riçard Millsin Qarabağ açıqlamasını yalnız bu cür izah etməyin mümkün olduğunu bildirib:
“Mills təkcə Ermənistanı tərk edən səfir deyil, o, həmçinin, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən birinin nümayəndəsidir. Onun bu çıxışı bütün həmsədr ölkələrin birləşmiş mövqeyi də ola bilər”.
Qeyd edək ki, Mills Qarabağ konfliktinin həlli üçün işğal edilmiş ərazilərin Azərbaycana qaytarılması gərəkdiyini bildirib.