Səudiyyə Ərəbistanı İranla müharibəyə başlayan deyil.

 

Bu sözləri Axar.az-a Qaşıqçı olayına görə İran-Səudiyyə savaşının başlaya biləcəyi ilə bağlı iddialara münasibət bildirən politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, ABŞ-ın bu müharibəni başlaması üçün Səudiyyə Ərəbistanına dəstək verməsi inandırıcı görünmür:

“Səudiyyə Ərəbistanı Yəməndə üsyançı husilərin öhdəsindən gələ bilmir, İranla necə müharibə edəcək?! Odur ki, Səudiyyə Ərəbistanı bu cür riskə gedə bilməz. Ordunun müasir silahlarla təchiz olunması hələ həmin ordunun güclü olması anlamına gəlmir. Səudiyyə Ərəbistanının ordusu Yəmən müharibəsində zəif olduğunu göstərdi. Orduda zabit, əsgər heyətinin ruh yüksəkliyi və peşəkarlığı müasir müharibələrdə də ən önəmli cəhətdir. Yəməndə Səudiyyə Ərəbistanı tərəfində muzdlular vuruşur. Muzdlu orduyla uzağa getmək olmaz. İran ordusu Səudiyyə ordusundan daha güclü, peşakardır. İran ordusunun zabit, əsgər heyətinin ruh yüksəkliyi Səudiyyə Ərəbistanı ordusundan daha yüksəkdir”.

Politoloq vurğulayıb ki, ABŞ Səudiyyə Ərəbistanına silah satsa da, müasir silahlarının işlənmə kod və parollarını ərəblərə vermir:

“Eyni zamanda, Qərbə tarix boyu İran lazım olub, indi də lazımdır. Tarixdə heç vaxt görülməyib ki, Avropa İrana səlib yürüşü etsin. İranın varlığı Qərb üçün islam dünyasının parçalanmasına şərait yaradır. Qərb İranı zəiflədə bilər, ancaq heç vaxt İranın məhv edilməsi yolunu seçməz. Yuxarıda qeyd qeyd etdiyim faktlara söykənərək söyləyə bilərəm ki, Amerikanın dəstəyi ilə Səudiyyə Ərəbistanının İrana müharibə elan edəcəyi tezislərinə heç vaxt ciddi yanaşmamışam”.

Qeyd edək ki, türkiyəli ekspert Yasin Atlıoğlu Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanın ABŞ-ın dəstəyi ilə İranla müharibəyə başlaya biləcəyi iddiası ilə çıxış edib.

13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
13 May 2025 Türkiyənin düşməni 47 il sonra geri çəkildi: Qərar Bakıda verilib? – Detallar
12 May 2025 İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib
12 May 2025 Ermənistan hərbi naziri Berlinə silah üçün gedib? – Bakıya qarşı ŞOK HİYLƏ
12 May 2025 Ağ Ev: İstəyirik ki, İrəvanla Bakı arasında sülh olsun
12 May 2025 Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib
12 May 2025 Yaşar Gülər Azərbaycana səfər edəcək
12 May 2025 Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
10 May 2025 Kəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - Yenilənib
10 May 2025 Rəsmilər Fəxri xiyabanda - Fotolar
10 May 2025 İlham Əliyev Kəngərli sakinləri ilə görüşdü
10 May 2025 İlham Əliyev Ağdamda - YENİLƏNİB
10 May 2025 Mehriban Əliyeva Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə paylaşım edib
10 May 2025 İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib
10 May 2025 Prezidentdən Heydər ƏliyevIə bağlı paylaşım
10 May 2025 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
09 May 2025 Prezident İlham Əliyev “Azərişıq” ASC-nin “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib YENİLƏNİB
09 May 2025 “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksinin açılışı olub YENİLƏNİB
09 May 2025 Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməli qoyulub YENİLƏNİB
09 May 2025 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər YENİLƏNİB

Xəbər lenti