Prezidentin müəyyən etdiyi hədəflər və VII çağırış Milli Məclisdən olan gözləntilər

VII çağırış Milli Məclisin rəhbərliyi və komitə rəhbərliyi və tərkibi tam formalaşdırıldığından növbəti həftədən etibarən payız sessiyasına start verəcək.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin də iştirakı ilə VII çağırış Milli Məclisin ilk iclasında parlamentin rəhbərliyi seçildi. Ölkə başçısının razılığı ilə seçkidə mütləq qələbə çalmış hakim Yeni Azərbaycan Partiyasından Milli Məclis sədrliyinə VI çağırış parlamentə uğurlu sədrlik etmiş Sahibə Qafarovanın sədrliyə namizədliyi irəli sürüldü. Onun namizədliyi həm bitərəflər, həm də parlamentdə azlıq təşkil edən partiyalar tərəfindən yekdilliklə qəbul edildi. Sahibə Qafarovanın Milli Məclis sədrliyinə namizədliyinin yekdilliklə qəbul edilməsi təsadüfi deyildi. Bu, VI çağırış Milli Məclisə sədrliyi dövründə Sahibə Qafarovanın spiker kimi göstərdiyi uğurlu fəaliyyətə həm cənab Prezident, həm də parlamentarilər tərəfindən göstərilən yüksək etimad idi. Ötən çağırışda Sahibə Qafarova qanunverici orqanının rəhbəri olaraq həm cənab Prezidentin xarici və daxili siyasətinin, həm Milli Məclis qarşısında qoyduğu vəzifə və çağırışları, parlament diplomatiyasından uğurla istifadə edə bilməsi, həm ölkənin dinamik inkişafını təmin edən qanunvericilik sahəsinin təkmilləşdirilməsi, yeni ciddi qanunların qəbul edilməsi, cəmiyyəti narahat edən məsələlərin ictimai dinləmələrinin keçirilib buna uyğun adekvat addımların atılması istiqamətində üzərinə düşən vəzifələri layiqincə həyata keçirməyə çalışdı.

VI çağırışı Milli Məclisin fəaliyyəti qlobal kataklizmlərin, maliyyə və iqtisadi böhranların, hərbi münaqişələrin, müharibələrin, pandemiyaların, çox mürəkkəb geosiyasi və geoiqtisadi mübarizələrin cərəyan etdiyi bir dövrü əhatə etsə də, cənab Prezidentin parlamentin üzərinə qoyduğu missiyanı uğurla icra edə bildi.

Təkcə onu qeyd etmək yerinə düşər ki, Milli Məclisin sədri Sahibə Qafarova parlamentə rəhbərlik etdiyi bu müddət ərzində xarici ölkələrə 70 səfəri baş tutdu. Bu Azərbaycan parlament diplomatiyasının uğurlu göstərici idi. Hansı ki, parlamentarizm tarixində parlament rəhbərinin bu sayda xarici səfəri olmamışdı.
Təbii ki, bu səfərlər cənab Prezidentinin yürütdüyü xarici siyasətinin tərkib hissəsi idi. Parlament rəhbərliyi parlament diplomatiyasının müasir dövrdəki rolundan faydalanaraq cənab Prezidentin yürütdüyü daxili və çoxvektorlu xarici siyasətin uğrula həyata keçməsinə öz töhfəsini vermək, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması məqsədi daşıyırdı.

Bir sözlə, cənab Prezidentin liderliyi altında son ikiyüz ildən artıq müddətdən sonra Azərbaycan parlamentinin də ilk dəfə möhtəşəm qələbələrə, zəfərlərə, uğurlara, şərəfli tarixə imza atmasında yeri və rolu olan hakimiyyətin bir qolu oldu.
Bütün bunları nəzərə alınaraq qeyd etmək olar ki, cənab Prezident İlham Əliyev Sahibə Qafarovaya VII çağırış Milli Məclisə yenidən rəhbərlik etmək üçün etimad göstərib. Ölkə başçısı əmindir ki, onun rəhbərliyi altında parlament növbəti mərhələdə qarşıya qoyulan hədəflərə, məqsədlədə və çağırışlara nail olunacaq.
Cənab Prezident VII çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı növbəti mərhələ üçün hədəfləri müəyyən etdi:


- Azərbaycan 30 illik işğala son qoyub qələbə əldə etsə də, bəzi güclər hələ də qələbəni həzm edə bilmir. Azərbaycana qarşı ikili standartlar tətbiq edilir, ölkənin ünvanına əsassız ittihamlar səsləndirilir və qarayaxma kapaniyası davam edir. Ona görə də əldə edilən qələbələrə və zəfərlərə arxayınlaşmaq olmaz. Bunun üçün parlament diplomatiyasının imkanlarından faydalanmaqla Azərbaycana qarşı bu əsassız ittihamlara, ikili standartlara qarşı daha aktiv fəaliyyət göstərmək laızmdır.
- Ermənistanın bölgədə dayanıqlı sülhdən yayınaraq bölgədə gərginliyi davam etdirmək istiqamətindəki revanşist hərəkətlərinin ifşa edilməsi;
- Azərbaycan Prezidentinin qlobal çağırışlara çevik reaksiya verərək qlobal sülhə, sabitliyə, təhlükəsizliyə və sıx əməkdaşlıq formatlarına xidmət edən siyasətinin təşviqi;
- Xüsusən də iqlim dəyişikliyinə qarşı mübarizədə Azərbaycanın "yaşıl iqtisadiyyat"a, "yaşıl enerji"yə keçid və enerji təhlükəsizliyinin şaxələndirilməsi və Avropanın daha etibarlı şəkildə enerji təhlükəsizliyinin təmin olunmasındakı rolu;
- Azərbaycanın yaratdığı yeni reallıqlara uyğun olaraq bölgədə dayanıqlı sülhün, sabitliyin, təhlükəsizliyin və sıx inteqrasiya olunmuş əməkdaşlıq formatının yaranması istiqamətində yürütdüyü siyasəti;
- Qarabağ və Şərqi Zəngəzura qayıdışın sürətləndirilməsi;
- Azərbaycanda əhalinin sosial rifah halının yaxşılaşdırılması və sair...

15 May 2025 Prezident İlham Əliyev Albaniyada işgüzar səfərdədir
15 May 2025 Pakistanın Baş naziri Azərbaycan Prezidentinə zəng vurub
15 May 2025 FHN-in 20 illik yubiley medalı təsis olunacaq
15 May 2025 92 ölkədən 300-dən çox nümayəndə Bakıya gəlir
15 May 2025 İlham Əliyev Albaniyanın Baş nazirini təbrik edib
14 May 2025 Prezident onu yenidən icraçı direktor təyin etdi
14 May 2025 Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
14 May 2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
14 May 2025 Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
13 May 2025 Türkiyənin düşməni 47 il sonra geri çəkildi: Qərar Bakıda verilib? – Detallar
12 May 2025 İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib
12 May 2025 Ermənistan hərbi naziri Berlinə silah üçün gedib? – Bakıya qarşı ŞOK HİYLƏ
12 May 2025 Ağ Ev: İstəyirik ki, İrəvanla Bakı arasında sülh olsun
12 May 2025 Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib

Xəbər lenti