“Paşinyan Ərdoğanla “Zəngəzur” yox, “Orta dəhliz” haqda razılığa gələcək...” - “Hraparak”“Bu gün, oktyabrın 18-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İstanbulda “3+3” regional məsləhət platformasının üçüncü iclasında iştirak edəcək. “3+3” 44 günlük Qarabağ müharibəsindən sonra Türkiyənin təşəbbüsü ilə irəli sürülmüş və Rusiyanın dəstəklədiyi və üç Cənubi Qafqaz ölkəsinin – Gürcüstan, Ermənistan və Azərbaycanın, eləcə də üç region dövlətinin: Rusiya, Türkiyə və İranın iştirakını nəzərdə tutan regional əməkdaşlıq formatıdır. Rusiya Sergey Lavrovun iclasda iştirak edəcəyini təsdiqləyib, Gürcüstan isə növbəti dəfə boykot elan edib. Gürcülər Rusiya ilə ziddiyyətləri əsas gətirərək bu formatda heç bir görüşdə iştirak etməyiblər”.

Moderator.az xəbər verir ki, bunu səhər saatlarında Ermənistanın “Hraparak” nəşri yazıb.

“Siyasi dairələrdə müxtəlif ölkələrdən gələn bəyanatların təhlilinə əsasən Nikol Paşinyanın Rəcəb Tayyib Ərdoğanla ayrıca razılaşma çərçivəsində “Orta Dəhliz” adlandırılan layihəyə razılaşacağına dair proqnozlar səslənir ki, bu, yumşaq desək, Rusiya üçün qəbuledilməzdir. Çünki 10 noyabr 2020-ci il tarixli üçtərəfli sənəddə bütün yolların açılmasından söhbət gedir, təkcə Türkiyəni Azərbaycanla birləşdirən Zəngəzur dəhlizindən deyil. Qeyd edək ki, oktyabrın 8-də Moskvada keçirilən Putin-Paşinyan və Putin-Əliyev görüşlərindən sonra Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidentinin yarım saatlıq görüşlərdə “Zəngəzur dəhlizi” məsələsini müzakirə etdiyini açıqlayıb. Və artıq dünən Mariya Zaxarova redaktə edib ki, "Zəngəzur dəhlizi" termini Moskva tərəfindən istifadə edilmir”, - deyə xəbərin davamında bildirilir.
15 May 2025 Pakistanın Baş naziri Azərbaycan Prezidentinə zəng vurub
15 May 2025 FHN-in 20 illik yubiley medalı təsis olunacaq
15 May 2025 92 ölkədən 300-dən çox nümayəndə Bakıya gəlir
15 May 2025 İlham Əliyev Albaniyanın Baş nazirini təbrik edib
14 May 2025 Prezident onu yenidən icraçı direktor təyin etdi
14 May 2025 Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
14 May 2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
14 May 2025 Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
13 May 2025 Türkiyənin düşməni 47 il sonra geri çəkildi: Qərar Bakıda verilib? – Detallar
12 May 2025 İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib
12 May 2025 Ermənistan hərbi naziri Berlinə silah üçün gedib? – Bakıya qarşı ŞOK HİYLƏ
12 May 2025 Ağ Ev: İstəyirik ki, İrəvanla Bakı arasında sülh olsun
12 May 2025 Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib
12 May 2025 Yaşar Gülər Azərbaycana səfər edəcək

Xəbər lenti