Yalnız bu halda sülh müqaviləsi BAĞLANA BİLƏR

“Azərbaycanla Ermənistan Zəngəzur dəhlizinin açılmasını sülh müqaviləsindən çıxarıb, sonraya saxlamışdı. Amma Rusiya tərəfi bunu israrla gündəmə gətirib”.

Bunu Musavat.com-a politoloq Məhəmməd Əsədullazadə Zəngəzur dəhlizi ilə bağlı intensivləşən müzakirələr barədə danışarkən deyib.

Siyasi şərhçi bildirib ki, MDB dövlət başçılarının sammitində Vladimir Putin Nikol Paşinyanla Zəngəzur dəhlizini müzakirə edib:

“Hətta bu görüşdən sonra Paşinyan Rusiyanın bu yola nəzarət edəcəyini İrəvanda açıqladı. Səhərisi gün isə Ermənistan XİN bu açıqlamanı təkzib etdi. Ermənistan Rusiyanın bu yola nə monitorinqinə, nə də nəzarət etməsinə razıdır. Çünki Rusiyanı ölkəsindən tam çıxarmağı hədəfləyib. ABŞ Ermənistana bu yolu Rusiyanın nəzarətinə verməyi qadağan edib”.

M.Əsədullazadə hesab edir ki, hazırda Zəngəzur dəhlizinin açılması məsələsini müzakirəyə vaxt itirməkdənsə, sülh müqaviləsinin bağlanmasına çalışmalıyıq:

“Sülh müqaviləsi bağlandıqdan sonra dəhliz də açılacaq. Azərbaycan Kalininqrad variantını təqdim edib, İrəvan da buna razıdır. Ermənistanın söz oyunları əsasən Rusiyanın bu yola nəzarət etməsinə icazə verməməsidir. Düşünürəm ki, dəhlizlə bağlı hər hansı bir hərbi toqquşma olmayacaq. Rusiya prosesdən çıxarsa, Azərbaycan və Ermənistan razılaşacaq. Burada problemi Moskva yaradıb. Çünki Kreml dəhlizə nəzarət etmək istəyir. Zəngəzur dəhlizi geoiqtisadi layihədir və Orta dəhlizin əsas seqmentidir. Təbii ki, Rusiya bu yola nəzarət etməkdə israrlıdır. Bunu da Qərb istəmir. Azərbaycanın da marağında deyil üçüncü qüvvə bu yola nəzarət etsin. Bu dəhlizə yalnız Azərbaycan və Ermənistan özü nəzarət edə bilər”.

Ekspert MDB dövlət başçılarının Rusiyadakı son sammitində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin konfidensial görüşünün keçirildiyi barədə iddialardan bəhs edərkən bunu mümkün sayır:

“Məhz Paşinyan İrəvandakı çıxışında Rusiyanın FTX sərhəd xidmətinin Zəngəzur dəhlizinə nəzarət edəcəyini istisna etmədiyini qeyd etdi. Belə bir görüş keçirilib ki, razılıq əldə edilib. Hazırda rəsmi İrəvan israrla belə bir bəyanatın yalnış şərh edildiyini qeyd edir. Göründüyü kimi, Nikol Paşinyan hökuməti müstəqil deyil və Qərbdən verilən direktivlərlə idarə edilir. Ermənistanın öz müstəqil narrativləri yoxdur”.

Qarşıdakı dönəmdə, BRiCS sammiti çərçivəsində razılaşma əsasında yenidən gizli görüşün keçilməsi iddiasına gəldikdə politoloq deyib ki, belə bir plan və ya niyyət varsa, Nikol Paşinyan prosesdən yayınacaq:

“Rusiya belə bir danışıqlarda və razılaşmalarda maraqlıdır. Düşünürəm ki, BRİCS sammiti çərçivəsində hər hansı bir sənəd imzalanmayacaq. Çünki Ermənistan hökuməti buna hazır deyil. Rusiya çalışır ki, belə bir sammit fonunda “sülhpərvər” olduğunu dünyaya göstərsin. Amma Ermənistan buna getməyəcək. Paşinyanın BRİCS sammitinə getməsi də dəqiq deyil.

Ümumiyyətlə, proseslər elə müstəvidə inkişaf edir ki, yalnız Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqların davam etdirilməsi əsasdır. Rusiyanın iki ölkə arasında sülh müqaviləsinin bağlanmasında vasitəçi kimi iştirakı Qərbin Ermənistana ciddi təzyiqlərinə yol aça bilər. Ona görə də bu sammitdə hər hansı bir sənədin imzalanması gözlənilmir. Yalnız Ermənistan bütün şərtləri yerinə yetirəndən sonra sülh müqaviləsinin bağlanması mümkün olacaq”.

15 May 2025 Pakistanın Baş naziri Azərbaycan Prezidentinə zəng vurub
15 May 2025 FHN-in 20 illik yubiley medalı təsis olunacaq
15 May 2025 92 ölkədən 300-dən çox nümayəndə Bakıya gəlir
15 May 2025 İlham Əliyev Albaniyanın Baş nazirini təbrik edib
14 May 2025 Prezident onu yenidən icraçı direktor təyin etdi
14 May 2025 Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
14 May 2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
14 May 2025 Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
13 May 2025 Türkiyənin düşməni 47 il sonra geri çəkildi: Qərar Bakıda verilib? – Detallar
12 May 2025 İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib
12 May 2025 Ermənistan hərbi naziri Berlinə silah üçün gedib? – Bakıya qarşı ŞOK HİYLƏ
12 May 2025 Ağ Ev: İstəyirik ki, İrəvanla Bakı arasında sülh olsun
12 May 2025 Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib
12 May 2025 Yaşar Gülər Azərbaycana səfər edəcək

Xəbər lenti