![]() |
|
Hindistan "Aqni-1" ballistik raketlərini sınaqdan keçirib.
Axar.az xəbər verir ki, bu barədə Hindistanın Müdafiə Nazirliyi məlumat yayıb.
Sınağın uğurla icra edildiyi bildirilib.
Qeyd edək ki, sözügedən ballistik raket Hindistan ordusunun əsas silahlarından hesab edilir və çəkisi 1 ton olan nüvə başlıqlarını daşımaq qabiliyyətinə malikdir.