![]() |
|
Qarabağ problemi Ermənistan üçün konfliktdir – bu, ilk növbədə insanların təhlükəsizliyi məsələsidir.
Bu barədə Ermənistan Xarici İşlər naziri səlahiyyətlərini icra edən Zöhrab Mnatsakanyan parlamentdə 2019-cu il üçün dövlət büdcəsi layihəsinin müzakirələri zamanı danışıb.
“Dağlıq Qarabağın statusunun və təhlükəsizliyinin vacibliyini vurğulamaqla konfliktin bizim üçün ilk növbədə orada yaşayan 150 min insanın elementar fiziki təhlükəsizliyi məsələsi olduğunu göstəririk”, - Mnatsakanyan bildirib.
Mnatsakanyan sentyabr ayında Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü barədə də xatırlatma edib:
“Bu görüşdə risklərin azaldılmasına və danışıqlar mühitinin qorunmasına kömək edən razılaşmalar əldə edildi. Ermənistan münaqişə ətrafında ritorik suallara və münaqişənin qızışmasına səbəb ola biləcək digər məsələlərə çox həssas şəkildə reaksiya verir”.