![]() |
|
ATƏT-də reformların zamanı çoxdan çatıb.
Bunu ATƏT-in Baş katibi Tomas Qremingerlə görüşü zamanı Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, bu reformlar ATƏT-in fəaliyyətində mövcud olan disbalansı düzəltmək, təşkilatı obyektiv və qərəzsiz etmək üçün önəmlidir.
O, Rusiyanın Qremingerin ATƏT-də pozitiv gündəm formalaşdırılması üçün atdığı addımları dəstəklədiyini bildirib.
Lavrov həmçinin ATƏT-in Dağlıq Qarabağ konfliktinin həlliylə bağlı səylərini də yüksək qiymətləndirib.
"ATƏT-in Dnestryanı, Dağlıq Qarabağ münaqişələrinin nizamlanmasındakı, Cənubi Qafqazda sabitliyə dair Cenevrə müzakirələrindəki səylərini, eləcə də ATƏT-in Balkanlardakı fəaliyyətini müsbət qiymətləndirdik. Minsk razılaşmasının tam və ardıcıl yerinə yetirilməsinin alternativsizliyinə əsaslanaraq, Ukraynanın şərqində siyasi həll prosesinin perspektivlərini ətraflı müzakirə etdik”.