![]() |
|
Türkiyə Silahlı Qüvvələrinin hərbi bazasının da yerləşdiyi Menbiç sərhədinə yaxın ərazidəki Əl Humran kəndində ABŞ əsgərləri YPG/PKK terrorçuları ilə birlikdə patrul nəzarəti həyata keçirib.
Bu barədə Türkiyə mətbuatı yazıb.
Məlumata görə, hadisə ASO tərəfindən dronlarla izlənilib. ABŞ əsgərlərinin terrorçularla eyni mövqeləri qoruduğu görünüb.
Qeyd edək ki, ABŞ bir qədər əvvəl Menbiçdə Türkiyə ilə birlikdə patrul fəaliyyəti icra etmişdi.