![]() |
|
Ölkəmizə qarşı aparılan təbliğat kampaniyası təəssüf doğurur.
Rusiya rəqib tərəf yerinə qoyulmağa çalışılır, hərçənd bizim ölkəmiz heç vaxt bu cür siyasət yürütməyib.
Axar.az xəbər verir ki, bu sözləri rusiyalı millət vəkili Yuri Şvıtkin deyib.
Millət vəkili NATO-ya Rusiyanın qarşısında düşmən obrazı yaratmamağı məsləhət görüb. O, həmçinin Rusiya Silahlı Qüvvələrinin NATO blokundan güclü olduğunu bildirib.
Qeyd edək ki, bir qədər əvvəl NATO-nun Beynəlxalq Hərbi Qərargahının rəhbəri Yan Bruks Rusiya ilə toqquşma zamanı alyans ölkələrinin ciddi problemlərlə qarşılaşacaqlarını bildirmişdi.