![]() |
|
Antiiran sanksiyalarında istənilən cür iştirakı Ermənistanın vəziyyətinə və onun xarici siyasətinə çox ciddi təsir göstərəcək.
Bunu “Rusarminfo”ya açıqlamasında Rusiya Dumasının erməniyönlü deputatı Konstantin Zatulin deyib.
“Mən təsəvvür edə bilmirəm ki, Ermənistana indiki situasiyada – Azərbaycan və Türkiyə ilə münasibətlərinin çətin olduğu zamanda daha bir sərhədi bağlaması nəyə lazımdır. Ermənistan zamanında ABŞ-la yaxşı münasibətlər qurmağı arzu edirdi. Bu isə indiki geosiyasi ətrafı olan kiçik ölkə üçün qəribə deyil. İrəvan əvvəllər ABŞ-ın siyasətinə bu ölkədəki icması vasitəsilə təsir etmək istəyirdi, amma hazırkı situasiyada İrəvan üçün təhdid yarana bilər. Ona görə ki, Amerika Ermənistanı öz məqsədləri üçün istifadə edə bilər.
Ermənistan ABŞ-a sərhədlərin bağlanmasının və özünün bu sanksiyalarda iştirakının intihar olacağını Vaşinqtona izah etmək üçün imkan tapmalıdır. ABŞ-ın hazırkı hakimiyyəti müttəfiqlərinə münasibətdə özünü etinasız aparır. Belə şəraitdə onun Rusiyanın müttəfiqi olan Ermənistan üçün canı yanmayacaq”, – deyə o bildirib.