Son illər ABŞ-ın Azərbaycanla əlaqələrində kifayət qədər müsbət tendensiyalar yaranıb.

Vaşinqton Azərbaycanı bölgədə strateji tərəfdaş qismində görür. Gələcəkdə də Azərbaycanla əlaqələrin hansısa formada pozulmasında maraqlı deyil.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli İrana tətbiq edilən sanksiyaların Azərbaycana təsiri ilə bağlı danışarkən deyib. Ekspert qeyd edib ki, İranın bu layihədə payı kifayət qədər kiçikdir:

“Digər tərəfdən, bu layihə Avropa dövlətləri üçün çox əhəmiyyətlidir. ABŞ-ın bu layihədə İranın iştirakına qarşı hər hansı sanksiyalar təbiqi gündəmdə deyil”.

İrana tətbiq olunan sanksiyalarla bağlı hələlik qaranlıq qalan digər əsas məsələ bir müddət öncə İranla Neftçalada müştərək açılan, ümumi investisiya dəyəri 15 milyon dollar olan avtomobil zavodunun fəaliyyətidir. Belə ki, sanksiyaların şərtlərinə əsasən, ABŞ sanksiyaları İranın avtomobil sektoruna da tətbiq ediləcək.

Saytımıza açıqlama iqtisadçı Vüqar Bayramov bunun başqa formada həll edilməsinin mümkün olduğunu açıqlayıb:

“İran şirkəti həmin zavodda 25%-lik paya malikdir. Nəticə etibarı ilə ABŞ bu gündən etibarən yeni sanksiyalar paketi təqdim edib. Nəzərə alsaq ki, bu zavodda 75% pay Azərbaycan şirkətinə məxsusdur. İran kapitalının bu zavodda olmasının əsas səbəblərindən biri odur ki, texnologiyanı ölkəyə gətirmək mümkün olsun. Çünki sözügedən zavod Fransanın “Pejo” zavodunun texnologiyası əsasında qurulub.

Doğrusu, yeni tətbiq olunacaq sanksiyalarda konkret detallar, güman olunur ki, yaxın vaxtlarda açıqlanacaq. Amma əgər sanksiyalar bütövlükdə məbləğindən asılı olmayaraq, İran kapitalına təsir göstərəcəksə, o zaman sözügedən zavodda da İran şirkətinin səhmlərinin Azərbaycan şirkəti ilə əvəzlənməsi mümkündür. İranın burada öz payı 25%-dir və sanksiyalar bu paya da aid olsa, çox güman ki, İran şirkəti ilə danışıqlar aparıb, bu payın Azərbaycan şirkəti və ya digər xarici şirkət tərəfindən alınması mümkündür. Amma hələlik güman olunur ki, mövcud pay bölgüsü qalacaq və zavod fəaliyyətini davam etdirəcək”.

Natiq Cəfərli isə İranın avtomobil sektorunu ABŞ-ın vurmasının əsas səbəbinin Avropa ilə bağlı olduğunu iddia edib. Onun fikrincə, ABŞ məhz bunun sayəsində Avropanın İran bazarında dominantlıq yaratmasına mane olmağa çalışır:

“ABŞ sanksiyaların avtomobil sektoru ilə bağlı müddəalarının əsas hədəfi Avropa şirkətləri idi. Çünki İranla Avropa ölkələri arasında 2016-cı ildə “niyyət protokolları” imzalanmışdı. Bir çox Avropa şirkəti, o cümlədən fransız və alman şirkətlərinin İranda yeni avtomobil zavodunun tikilməsi, yaxud da köhnə zavodların yenidən qurularaq, avtomobil istehsalı ilə məşğul olmaqla bağlı hədəfləri var idi. Burada əsas investisiyanı fransız şirkətləri qoymuşdu. Təqribən 2 milyard dollarlıq investisiya paketi imzalanmışdı. Çünki İran uzun müddət sanksiyalar altında yaşadığı üçün avtomobil parkı çox köhnəlib. Bu ölkədə avtomobillərin qiyməti də kifayət qədər bahadır. 80 milyonluq əhalisi olan böyük bir bazar olduğuna görə Avropa şirkətləri bura investisiya yatırmaqda maraqlı idi. Əsas hədəf məhz bu kontraktların sıfırlanması, Avropa şirkətlərinə İran bazarında məhdudiyyətlərin yaradılmasıdır”.

O, həmçinin Azərbaycanın İranla ortaq olduğu layihənin gerçəkləşdirilməsində müəyyən gecikmələri istisna etməyib:

“Neftçalada İran və Azərbaycana məxsus zavodun müqaviləsi birbaşa İran şirkəti ilə bağlanıb. Əslində Neftçalada baş verən proses istehsal deyil, yığımdır. Ona görə də burada qeyri-müəyyənlik var. Hazır avtomobil parçalarına bu sanksiyaların aid edilib-edilməyəcəyi sual altındadır. Çünki çox zaman bu sanksiyalarda xammaldan və yarımfabrikat mallarından söhbət gedirdi. Bu zavod Azərbaycan-İran münasibətlərində də kiçik yer tutur”.

Azərbaycanla İran arasında ən böyük problem SWİFT sistemiylə bağlı yarana bilər. Belə ki, artıq uzun müddətdir Belçikadakı SWİFT sistemini təhdid edən ABŞ İranın bankları və maliyyə quruluşlarının buradan çıxarılmasını, əks təqdirdə onun özünü sanksiyaya məruz qoyacağını bəyan edir. Cənub qonşumuzun bu sistemdən çıxarılması ehtimalı öz-özlüyündə ticarət dövriyyəsində problemlər yaradır.

İqtisadçı N.Cəfərli məhz bunun ucbatından ödənişlərdə müəyən axsamaların yaşana biləcəyini söyləyir:

“Əgər SWİFT sistemi İran üçün söndürülərsə, o zaman Azərbaycan və İran arasındakı ticarət dövriyyəsi, o cümlədən avtomobil parçalarının gətirilərkən onların bank vasitəsi ilə ödənişləri axsaya bilər. Ona görə də bir müddət nələr baş verəcəyini izləmək lazımdır. ABŞ hələ detalları açıqlamayıb və ona görə də nələr baş verdiyi tam olaraq bilinmir”.

13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
13 May 2025 Türkiyənin düşməni 47 il sonra geri çəkildi: Qərar Bakıda verilib? – Detallar
12 May 2025 İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib
12 May 2025 Ermənistan hərbi naziri Berlinə silah üçün gedib? – Bakıya qarşı ŞOK HİYLƏ
12 May 2025 Ağ Ev: İstəyirik ki, İrəvanla Bakı arasında sülh olsun
12 May 2025 Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib
12 May 2025 Yaşar Gülər Azərbaycana səfər edəcək
12 May 2025 Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
10 May 2025 Kəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - Yenilənib
10 May 2025 Rəsmilər Fəxri xiyabanda - Fotolar
10 May 2025 İlham Əliyev Kəngərli sakinləri ilə görüşdü
10 May 2025 İlham Əliyev Ağdamda - YENİLƏNİB
10 May 2025 Mehriban Əliyeva Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə paylaşım edib
10 May 2025 İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib
10 May 2025 Prezidentdən Heydər ƏliyevIə bağlı paylaşım

Xəbər lenti