![]() |
|
![]() ![]() ![]() ![]() |
İsrailin Baş naziri Benyamin Netanyahu Rusiya Prezidenti Vladimir Putinlə Fransa səfərində görüşməyəcəyini təsdiqləyib.
Axar.az xəbər verir ki, bu barədə RİA yazıb.
Baş nazir görüşün baş tutmamasına səbəb kimi tədbiri təşkil edən Fransanın tələblərini göstərib. Belə ki, Fransa I dünya müharibəsinin 100 illiyinə həsr olunmuş tədbir çərçivəsində ikitərəfli görüşlərin keçirilməməsini istəmişdi.
Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da açıqlamasında Putinlə Netanyahu arasında görüşün baş tutmayacağını bildirmişdi.