Paşinyan erkən seçkilərə getmək zorunda - Bakıdan tək çağırış

Erməni cəmiyyəti stabil fikrə malik deyil, bu gün iqtidarı dəstəkləyirsə, sabah belə olmaya bilər; odur ki... - iki rəy

“Əgər Nikol Paşinyan payıza qədər hakimiyyətdən uzaqlaşdırıla bilməsə, hakimiyyət seçkilərə gedəcək”. “Yeni Müsavat” xəbər verir ki, bunu “Ermənistan” blokundan olan revanşist deputat Qarnik Danielyan “Ermənistan xəbərləri” - NEWS.am-ın müxbirinə müsahibəsində deyib. Onun proqnozlarına görə, belə olan halda bütün siyasi qüvvələr istər-istəməz seçkilərə qatılmalı olacaq.

Danielyan həmçinin “daxilində hər şeyin rəvan getmədiyi” müxalifətin konsolidasiyasının vacibliyinə diqqət çəkib. “Bütün müxalifət qüvvələrin eyni ideyaya və yanaşmaya sahib olduğunu söyləmək yanlış olar. Belə olsaydı, Paşinyan indi hakimiyyətdə olmazdı. Fikir ayrılıqları olsa da, hər halda, "qırmızı xətləri" keçməmək lazımdır. Əgər problemlər varsa, onları aydınlaşdırmaq və həll etmək gərəkdir", - radikal müxalifətçi deputat qeyd edib və Gümrüdəki mer seçkilərindən sonra bütövlükdə ölkədə hakimiyyət dəyişikliyinə nail olmağa çalışmağın mümkünlüyü fikri ilə razılaşıb.

Paşinyan payızda erkən seçkilərə, onun ardınca konstitusiya referendumuna gedə bilərmi? O halda radikal-revanşist müxalifətin iqtidara qarşı vahid cəbhədə birləşməsi və qalib gəlməsi mümkündürmü? Azərbaycanın erkən seçkilərdən gözləntisi nədir?

fikret.jpeg (167 KB)

Fikrət Yusifov

Siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifovun “Yeni Müsavat”a dediyinə görə, Paşinyan çirkli siyasi gedişlərə yol versə də, bütövlükdə Ermənistanı gerçək bir dövlətə çevirməyə çalışır: “Paşinyan hakimiyyətinin istəmədiyi hər hansı seçkinin baş tutması mümkün deyil. Paşinyanın tərəfdaşlarına 70, müxalif qüvvələrə dəstək 30 faizdir. Bu barədə dəfələrlə bildirmişəm. Belə olmasaydı, 44 günlük müharibədəki biabırçı məğlubiyyətdən dərhal sonra keçirilən seçkilərdə Paşinyan qalib gələ bilməzdi. Paşinyan həm daxildəki siyasi rəqiblərinə yerini göstərdi, həm də xalqın böyük əksəriyyətinin onun tutduğu yolu dəstəklədiyini dünyaya nümayiş etdirdi”.

Ekspertin fikrincə, Paşinyan hakimiyyətinə qədər Ermənistan Rusiyanın açıq-aşkar forpostu rolunu oynayan, dırnaq arasında olsa da bir dövlət kimi qələmə verilən subyekt idi: “Paşinyan bu forpostdan dövlət düzəltməyə qalxdı. Ermənistan əhalisinin 2/3-dən çoxu da Paşinyanla birlikdə yaşadıqları ölkənin oyuncaq statusunun dəyişdirilməsi uğrunda mübarizəyə qoşuldu. Paşinyan çalışır ki, Rusiya və onun "5-ci kolon"u hakimiyyətə qarşı nə isə edə bilməsin. Heç şübhə etmirəm ki, o, 2019-cu ildə Şuşada yallı gedərkən də Qarabağın Azərbaycana qaytarılacağından əmin idi. Sadəcə, həmin dönəmlərdə o, bu məsələni dilinə belə gətirə bilməzdi, əksinə, ermənilərin başlarını Qarabağ eyforiyası dumanlandırdığı dövrd “Qarabağ  Ermənistandır” deməliydi. Lakin zamanı yetişəndə Qarabağın Azərbaycana aid olduğunu dedi. Ermənistan Konstitusiyasında ərazi iddialarını aradan qaldırmaq istəsə də, edə bilmədi, çünki əks qüvvələr bundan hakimiyyəti devirmək üçün istifadə edə bilərdilər".

F.Yusifov hesab edir ki, Paşinyana erməni xalqını bu dəyişikliyin zəruri olduğuna inandırmaq üçün zaman lazım idi: “Bu gün həmin dəyişikliyi etməyə üz tutub. Bir sözlə, indi hansı müxalif deputatın necə boşboğazlıq etməsindən asılı olmayaraq, Ermənistanda seçkilərin nə vaxt keçirilməsi kimi məsələlər Paşinyan hakimiyyətinin istəyinə uyğun bir şəkildə həll olunacaq.

Sona Əliyeva: “Dünyanın aparıcı dövlətləri Azərbaycanın təcrübəsini  öyrənməyə həvəsli görünürlər” Pravda.az

 Sona Əliyeva

Siyasi təhlilçi Sona Əliyeva isə belə hesab edir ki, Paşinyan referendum məsələsini çox yubatmamalıdır: “Qarnik Danielyan Kremlə yaxınlığı ilə seçilən, hətta müharibədən sonra Rusiyaya qarşı İrəvandakı kütləvi mitinqlərin keçirilməsinə etiraz edən rusiyameyilli siyasətçidir. Daha əvvəl radikal-milliyətçi "Voskanapart" könüllülərinin tərkibində olub və siyasi karyerası da məhz oradan başlayıb. Bir sözlə, Danielyanın fikirlərini Kremlin proseslərin axarına münasibəti kimi də dəyərləndirmək olar. Hazırda Ermənistan müxalifəti parçalanıb və Paşinyan əlindəki bütün rıçaqlardan, o cümlədən “həbs maşını”ndan istifadə edərək öz rəqiblərinin əl-qolunu bağlaya bilib. Əgər kənar müdaxilə olmazsa, Nikolu devirmək çətin görünür".

Onun qənaətinə görə, ıənar müdaxilə isə birbaşa Moskvadır: “Görünən odur ki, əgər Ukraynadakı savaş bu yay ərzində bitərsə, o zaman Rusiya Ermənistanda "qırmızı inqilab" həyata keçirəcək. Buna qədər Rusiyadakı erməni milyarderlərdən yeni siyasi fiqur hazırlayıb İrəvana göndərəcəklər. Rusiya Azərbaycanla sülh sazişinin imzalanmasını istəmir. Hətta yeni konflikt ssenarisini işə keçirmək üçün Azərbaycanla Ermənistan arasında boşluqlar axtarır. Son günlər atəşkəsin pozulmasının əsas sifarişçisi də Kremldir. Şimal qonşumuz əlində maşa kimi oynatdığı erməni zabitlərə birbaşa Moskvadan təlimatlar verir. Hadisələrin çıxış yolu isə Paşinyanın ən qısa zamanda seçkilərə, yəni referenduma getməsidir. Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından İrəvan rəsmi qaydada əl çəkməlidir. Bu, Paşinyanın hakimiyyətdə qalmaq şanslarını da artıracaq. Hətta sülh sazişinə imza atmaqla kapitulyantdan qəhrəmana çevrilə bilər. Təbii ki, bu, gələcək tarix üçün atılacaq addımdır. Üstəlik, erməni cəmiyyəti stabil fikrə malik deyil. Natamam təfəkkürü olan cəmiyyətdir. Bu gün erməni cəmiyyəti Paşinyanı dəstəkləyirsə, sabah belə olmaya bilər. Ona görə də referendum məsələsini çox yubatmamalı və növbəti ilə saxlamamalıdır".

10 May 2025 İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib
10 May 2025 Prezidentdən Heydər ƏliyevIə bağlı paylaşım
10 May 2025 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
09 May 2025 Prezident İlham Əliyev “Azərişıq” ASC-nin “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib YENİLƏNİB
09 May 2025 “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksinin açılışı olub YENİLƏNİB
09 May 2025 Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməli qoyulub YENİLƏNİB
09 May 2025 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər YENİLƏNİB
09 May 2025 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər YENİLƏNİB
09 May 2025 Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - VİDEO
09 May 2025 İlham Əliyev Roma Papası XIV Leonu təbrik edib
09 May 2025 Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı
09 May 2025 Mehriban Əliyeva 9 May – faşizm üzərində Qələbə Günü ilə bağlı paylaşım edib
09 May 2025 Prezident və xanımı Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
09 May 2025 Prezident 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
09 May 2025 Azərbaycanda Qələbə Günü qeyd olunur
08 May 2025 Prezident sərəncam imzaladı: 5 milyon ayrıldı
08 May 2025 Almaniyanın yeni kansleri Fridrix Mers kimdir: onun siyasi baxışları və Azərbaycan üçün perspektivlər - DOSYE
08 May 2025 Milli Məclis Bəyanat qəbul etdi
08 May 2025 Arif Babayevə Heydər Əliyev Mükafatı verilib - SƏRƏNCAM
08 May 2025 Azərbaycan-Vyetnam Birgə Biznes Şurası yaradılır

Xəbər lenti